Kovalent rabitə – adətən, elektron cütü ilə yaranır və başlıca
olaraq, qeyri-metal atomları arasında əmələ gəlir.
Kovalent rabitəli materiallar çox yüksək mexaniki möhkəmli-
yi və bərkliyi ilə fərqlənir.
Metal rabitəsi – eyni adlı atomlar arasında əmələ gəlir. Bu ra-
bitəni müxtəlif metallar arasında müqayisə etdikdə aydın olur ki, bir
valent elektronun yaratdığı rabitə kristal qəfəsin bir neçə mərkəzi
arasında paylandığı üçün zəif olur. Bunun nəticəsidir ki, qələvi
metalların ərimə və qaynama temperaturu yüksək olmur.