23
23
§1. Ümumi məlumat
Tikintidə təbii daş materialların geniş tətbiqi onların Yer üzə-
rində geniş yayılması, təbii ehtiyatlarının çox olması və inşaat key-
fiyyətlərinin (möhkəmliyinin, şaxtayadavamlılığının, uzunömürlülü-
yünün) yüksək olması ilə əlaqədardır.
Dağ süxuru Yer qabığını (litosferanı) əmələ gətirən və tərkibi
bir və ya bir neçə mineraldan ibarət olan mineral kütlədir.
Mineral Yer qabığında kimyəvi və fiziki-kimyəvi proseslər nə-
ticəsində əmələ gələn, az və ya çox dərəcədə bircinsli tərkibə malik
təbii kimyəvi birləşmədir.
Litosfera Yer qabığının bərk hissəsinə deyilir. Litosferanı təşkil
edən qranit, əhəngdaşı, mərmər və başqa süxurlar inşaatda ya təbii daş
materiallar kimi, ya da müxtəlif süni inşaat materiallarının (əhəng,
sement və s.) istehsalında istifadə edilir.
Dostları ilə paylaş: