N. M. AĞABƏyli


§2. Dağ süxurlarının təsnifatı və quruluş xüsusiyyətləri



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə18/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   148
İnşaat Materialları (e-book az)

§2. Dağ süxurlarının təsnifatı və quruluş xüsusiyyətləri 
Təbii daş materialların xassələrinin ətraflı öyrənilməsində 
süxurların təsnifatının (siniflərə bölünməsinin) böyük əhəmiyyəti 
vardır. 
Dağ  süxurlarını  əmələ  gəlməsinə  görə  üç  qrupa  bölürlər:  püs-
kürülmüş (maqmatik), çöküntü və metamorfik (şəklini dəyişmiş). 
Inşaat  materiallarının  istehsalında  işlədilən  dağ  süxurlarının 
keyfiyyəti  onların  mineral  tərkibi,  quruluşu  və  teksturası  ilə  xarak-
terizə olunur. 
Dağ süxurunun quruluşu kristalların (dənələrin) ölçüləri və for-
ması,  habelə  onların  qarşılıqlı  əlaqəsi  ilə  müəyyən  edilir.  Süxurlar 
aşağıdakı quruluşda olur: kristallik, porfir, dənəli, oolit (yumurtavarı), 
gizli-kristallik,  balıqqulağılı  və  s.  Eyni  mineral  tərkibli  süxurlar 
müxtəlif  quruluşda  və  bununla  əlaqədar  müxtəlif  xassəli  ola  bilər. 
Məs., qranit və kvars porfiri eyni mineral tərkibə, lakin müxtəlif quru-
luşa malikdir və əksinə, müxtəlif tərkibli süxurlar eyni quruluşda ola 
bilər,  məs.,  qranit,  siyenit  və  diorit  müxtəlif  mineral  tərkibdə,  lakin 
eyni kristallik quruluşdadır. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin