Istilikayırma və istilikudma
materialın kimyəvi reaksiyala-
rın gedişi zamanı meydana çıxan xassəsidir. Istiliyin ayrılması ilə ge-
dən reaksiyalar ekzotermik reaksiyalar, istiliyin udulması ilə gedən
reaksiyalar isə endotermik reaksiyalar adlanır. Uzun müddət davam
edən reaksiyalarda ayrılan yaxud udulan istiliyin miqdarı müəyyən
müddət üçün təyin edilir. Məsələn, 28 gün bərkimə müddətində 1 kq
alüminat sementi ilə su arasında gedən reaksiya nəticəsində 500 kC, 1
kq portlandsementdə isə 380 kC istilik ayrılır.
Korroziyayadavamlılıq
materialın aqressiv mühitin təsirinə
müqavimət göstərmək qabiliyyətidir.
Materialı təşkil edən maddələrlə qarşılıqlı təsir zamanı onun
xassələrini dəyişən, möhkəmliyini azaldan və konstruksiyanın
vaxtından əvvəl dağılmasına səbəb olan mühitə aqressiv mühit deyilir.
Portlandsementdən hazırlanan betona tərkibində sulfatlar, yaxud
sərbəst turşu olan sular təsir etdikdə o dağılır. Tərkibində nəm,
xüsusən kükürd qazı (SO
2
) olan hava metalın korroziyaya uğramasına
(paslanmasına) səbəb olur.
Metallar və ərintilər elektrik cərəyanı keçirməyən mühitlərin,
məsələn, qazların (yüksək temperaturda), neft və neft məhsullarının,
həmçinin elektrik cərəyanı keçirən mühitlərin
duzların sulu
məhlullarının, turşuların, qələvilərin təsirindən korroziyaya uğrayır.
Metalların birinci növ korroziyası kimyəvi, inşaat konstruksiyalarında
daha çox təsadüf olunan ikinci növ korroziya isə elektrokimyəvi korroziya adlanır.