N. M. AĞABƏyli


§ 6. Materialların xassələrinin müasir üsullarla tədqiqi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə16/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   148
İnşaat Materialları (e-book az)

§ 6. Materialların xassələrinin müasir üsullarla tədqiqi 
Inşaat  materiallarının  bir  çox  xassələrinin  tədqiqi,  onlardan 
hazırlanan  nümunələrin  dağıdılması  ilə  yerinə  yetirilir.  Bu  cür  sı-
namanı, xüsusilə material və məmulat konstruksiyada olduqda, təşkil 
etmək çətin və alınan nəticələr qeyri-obyektiv olur.   
Son  zamanlar  müasir  tətbiqi  fizikanın  (radiotexnika,  radio-
elektronika,  akustika,  radiometriya  və  s.)  nailiyyətlərinə  əsaslanan 
yeni  sınaq  üsulları  işlənib  hazırlamışdır.  Həmin  üsullarla  materialın 
xassələri onu dağıtmadan, yəni adestruktiv üsulla müəyyən edilir. 


 
 
 
 
21 
21 
Fiziki  üsullarla  sınamaya  impulslu  ultrasəs,  rezonans,  radio-
metrik və s. üsullar aiddir. 
Impulslu ultrasəs üsulu. Bu üsulun mahiyyəti ultrasəs dalğala-
rının  materialda  yayılma  sürətinin  (v)  təyinindən  ibarətdir.  Bundan 
ötrü  ultrasəs  defektoskopundan  istifadə  edilir.  Bu  cihazın  akustik 
parametri ultrasəs dalğalarının materialda yayılması sürətidir ki, bu da, 
materialın möhkəmliyindən asılıdır. Ultrasəsin yayılma sürəti (v, 10
-3
 
m/san) aşağıdakı düsturla təyin edilir: 
v = l/t
burada l 

 ölçü bazası (materialın qalınlığı), m; t 

 ultrasəs impulsunun materialda 
yayılma müddətidir, mikrosaniyə (10
-6
 san). 
Impulslu  ultrasəs  defektoskopu  materialın  tərkibində  boşluq 
və ya çat olduğunu da müəyyən edir. 
Rezonans  üsulu.  Bu  üsulun  mahiyyəti  dinamik  elastiklik  mo-
dulunun  təyinindən  ibarətdir.  Bunun  üçün  iki  dayaq  üzərində  bərki-
dilmiş material nümunəsində xüsusi cihazla səs dalğaları törədilir. Bu 
dalğaları  qəbuledicinin  sivri  iynəsi  qəbul  edir  və  elektrodinamik 
ucadanışan  ilə  elastik  səs  dalğalarına  çevirir.  Rezonans  momenti 
ossiloqraf  ekranında  qeydə  alınır  və  bunun  da  əsasında  materialın 
dinamik elastiklik modulu (E
d
, N/m
2
) aşağıdakı düsturla hesablanır: 
E
d
 = 4l
2

2


burada l 

 nümunənin uzunluğu, m; f 

 nümunənin uzununa rezonans tezliyi, Hs;  

 

 
nümunənin sıxlığıdır, kq/m
3

Radiometrik  üsul.  Bu  üsulla  materialları  sınamaq  üçün 

  və 
rentgen  şüalarından  istifadə  olunur.  Həmin  şüalar  vasitəsilə  əvvəlcə 
materialın  sıxlığı,  sonra  isə  sıxlıqdan  asılı  olaraq  möhkəmliyi  təyin 
edilir. 
Tikintidə tətbiq olunan radioizotop cihazlarda 

  şüaları mən-
bəi  kimi  kobalt

60  (Co
60
)  və  sezium  (Cs
137
)  radioizotoplarından 
istifadə edilir.  
Tədqiq olunan materialdan 

  şüaları  keçdikdə  onlar  zəifləyir. 
Bu zəifləmə eksponensial qanun üzrə baş verir və belə ifadə olunur: 
I
0

e
 -

 h 

 


 
 
 
 
22 
22 
   Burada I 

 qalınlığı h olan materialdan keçən 

 şüalarının intensivliyi,     Vt/m
2
;     I


 

  şüalarının  başlanğıc  intensivliyi,  Vt/m
2



 

  kütləyə  görə  zəifləmə      
əmsalə, kq/m
2


 

 tədqiq olunan materialın sıxlığıdır, kq/m
3

Yuxarıdakı düsturdan materialın sıxlığı hesablanır: 

 = (lnI
0
 

 lnI)


 h . 
Beləliklə, materialdan keçən 

  şüalarının zəifləməsinə əsasən 
materialın sıxlığı təyin edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin