N. M. AĞABƏyli


§4. Püskürülmüş (maqmatik) süxurlar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə24/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   148
İnşaat Materialları (e-book az)

 
§4. Püskürülmüş (maqmatik) süxurlar 
Yer qabığının çox hissəsi püskürülmüş süxurların payına düşür 
(metamorfik  süxurlarla  birlikdə,  təxminən  90  %  təşkil  edir). 
Püskürülmüş  süxurlar  qaynar  halda  olan  mağmanın  yerin  səthinə 
çıxması  və  soyuması  nəticəsində  əmələ  gəlmişdir.  Onlar  massiv  və 
qırıntı süxurlarına bölünür. 
 Massiv  halda  yerləşən  mağma  kütləsinin  soyuma  dərinliyi  sə-
viyyəsindən  asılı  olaraq,  püskürülmüş  süxurlar  dərinlik  və  tökülmüş 
süxurlara bölünür. 
Dərinlik (intruziv) süxurları mağmanın yerin müəyyən dərin-
liyində  yüksək  təzyiq  və  temperatur  şəraitində  soyuması  nəticəsində 
əmələ gəlmişdir. Belə şəraitdə mağmanın soyuması tədricən getmiş və 
dağ süxurlarını əmələ gətirən mineralların kristallaşması üçün əlverişli 
şərait  yaranmışdır.  Nəticədə,  bir-biri  ilə  heç  bir  sementləyici  maddə 
olmadan  birləşmiş  xırda  və  iri  kristallar  əmələ  gəlmişdir.  Belə 
quruluşa qranit quruluş deyilir.  

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin