N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə22/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   148
İnşaat Materialları (e-book az)

Gilli  minerallar.  Bu  minerallar  alümosilikat  minerallarının 
aşınması nəticəsində əmələ gəlmişdir. Gilli minerallar bir neçə qrupa 
bölünür.  Bunlardan  kaolinit,  montmorillonit  və  hidroslüdalar  daha 
geniş yayılmışdır. Onlar, əsasən, çöküntü süxurlarını əmələ gətirir.  
Kaolinit  yaxud  sulu  alümosilikat  (Al
2
O
3

2SiO
2

2H
2
O)  çöl  şpat-
larının,  slüdaların  və  digər  bəzi  silikatların  aşınma  məhsuludur.  O, 
adətən,  ağ,  bəzən  isə  qonur  yaxud  yaşılımtıl  çalarlı  mineraldır. 
Kaolinit gilin əsas tərkib hissəsi olub, sıxlığı 2600 kq/m
3
, bərkliyi isə 
1-dir. 
Montmorillonit bentonit gillərini əmələ gətirir. Rəngi ağ yaxud 
açıq boz, sarımtıl çalarlıdır. Yüksək nəmudma qabiliyyətinə malikdir. 
Suda  həcmini  çox 

  8

10  dəfə  artırır.  Əhəngdaşı  və  qumdaşlarının 
tərkibində  3

4  %-ə  qədər  montmorillonitin  olması,  onların  suya  və 
şaxtaya davamlılıqlarını kəskin surətdə aşağı salır. 
Hidroslüdalar  slüdaların  və  bəzi  silikatların  (məs.,  çöl  şpat-
larının)  aşınmasından  əmələ  gəlmişdir.  Hidroslüdalardan,  məs.,  ver-
mikulitdən  tikintidə  geniş  istifadə  edilir.  Vermikuliti  yandıraraq  mə-
saməli  doldurucular  alırlar.  Həmin  dolduruculardan  yüngül  beton-
larda, istilik-izolyasiya materiallarının istehsalında istifadə edilir. 
Dəmir-maqnezial silikatlar qrupu 
Bu qrupa daxil olan minerallar tünd rəngli olduğuna görə bəzən 
onları  tund  rəngli  minerallar  da  adlandırırlar.  Süxurların  tərkibində 
tünd  rəngli  mineralların  olması  onların  rəngini  tündləşdirir, 
möhkəmliyini və zərbələrə qarşı müqavimətini artırır.   Piroksenlərin  
çoxlu növləri vardır ki, bunlardan avgit daha geniş yayılmışdır. Avgit 
qara,  yaşılımtıl-qara  rəngdə  olub,  həqiqi  sıxlığı  3200

3500  kq/m
3

bərkliyi isə 5

6-dır. 
Amfibollar  geniş  yayılmış  süxur  əmələgətirən  minerallardır. 
Kimyəvi tərkibinə görə piroksenlərə oxşayır, lakin onlardan tərkibində 
uçucu  komponentlərin  (H
2
O,  F  və  s.)  olmasına  görə  fərqlənir. 
Amfibollar  qrupundan  olan  minerallardan  hornblend    daha  geniş 


 
 
 
 
27 
27 
yayılmışdır.  Onun  rəngi  yaşıl  və  yaşılımtıl-qonurdur.  Həqiqi  sıxlığı 
3000

3500 kq/m
3
, bərkliyi isə 5,5

6-dır. 
Olivinlər  yaşıl  rəngli  mineral  olub,  suyun  təsirinə  davamlılığı 
azdır. Həqiqi sıxlığı 3200

3500 kq/m
3
, bərkliyi isə 6,5

7-dir. O, su ilə 
birləşərək həcmini artırır və serpentinə keçir. Serpentinin bir çox növ-
ləri vardır ki, onlardan biri də  xrizotil-asbestdir Xrizotil-asbest nazik 
liflərdən  ibarət  material  olub,  asbest-sement  sənayesində  və  istilik-
izolyasiya materiallarının istehsalında geniş istifadə edilir. 
 
Karbonatlar qrupu 
Çöküntü və metamorfik süxurlarda rast gələn karbonat qrupu 
minerallarından ən mühümləri kalsit, maqnezit və dolomitdir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin