Çöl şpatları. Püskürülmüş süxurların Yer üzərində ən geniş ya-
yılmış minerallarındandır. Onların xarakterik xassələrindən biri laylara
ayrılma qabiliyyətidir.
Laylara ayrılmış səthlərin əmələ gətirdiyi bucaqdan asılı olaraq,
çöl şpatları ortoklaz və plagioklaza bölünür.
Ortoklazda laylara ayrılma səthləri düz bucaq altında yerləşir
(ortoklaz
yunanca
düzqopan
deməkdir).
Kimyəvi
tərkibi
K
2
O
Al
2
O
3
6SiO
2
olduğu üçün ona kaliumlu çöl şpatı da deyilir. Or-
toklazın sıxlığı 2600 kq/m
3
, ərimə temperaturu isə 1450
0
S-dir.
Plagioklazda laylara ayrılma səthləri çəp bucaq altında yer-
ləşmiş olur (yunanca çəpqopan deməkdir). O, kimyəvi tərkibindən
asılı olaraq, albit yaxud natriumlu çöl şpatına (Na
2
O
Al
2
O
3
6SiO
2
) və
anortit yaxud kalsiumlu çöl şpatına (CaO
Al
2
O
3
2SiO
2
) ayrılır.
Albitin həqiqi sıxlığı 2600 kq/m
3
, ərimə temperaturu isə
1100
0
S-dir. Anortitin sıxlığı və ərimə temperaturu isə müvafiq olaraq
2600 kq/m
3
və 1550
0
S-dir.
Çöl şpatlarının bərkliyi 6
6,5, sıxılmada möhkəmliyi isə
120
170 MPa-dır. Kvarsa nisbətən çox asan aşınır. Çöl şpatlarından
fayans məmulatı (fayans və üzlük keramik tavacıqlar, sanitar-texniki
məmulatlar) istehsalında əridici material və şir (mina) kimi istifadə
olunur.
Slüdalar. Müxtəlif və mürəkkəb tərkibli sulu alümosilikatlardır.
Dağ süxurlarının tərkibində iki növ slüda olur: biotit və muskovit.
Biotit sabit tərkibi olmayan dəmir-maqnezial slüdası qrupuna
daxildir. Onun tərkibində maqnezium və dəmir oksidlərinin qatışığı
olduğundan qeyri-şəffaf, tünd, bəzən isə qara rəngdədir. Aşınma
prosesində biotit asanlıqla vermikulit və digər hidroslüdalara keçir.
Biotit bir çox püskürülmüş süxurların tərkibində olur. Həqiqi sıxlığı
2900
3200 kq/m
3
-dur.
Muskovit şəffaf, ağ, gümişi rəngdədir. Oda və kimyəvi təsirlərə
davamlıdır. Yüksək elektrik-izolyasiya xassələrinə malikdir.
26
26
Püskürülmüş və çöküntü süxurlarının tərkibində olur. Həqiqi sıxlığı
2800
2900 kq/m
3
-dur.
Süxurların tərkibində slüdaların olması onların möhkəmliyini
aşağı salır, cilalanmasını və pardaqlanmasını çətinləşdirir.