N. M. AĞABƏyli


§3. Süxur əmələgətirən minerallar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə19/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   148
İnşaat Materialları (e-book az)

§3. Süxur əmələgətirən minerallar 


 
 
 
 
24 
24 
Dağ  süxurlarının  həcminin  əsas  hissəsini  tutan  minerallara 
süxur əmələgətirən minerallar deyilir.  
Mineralların çox hissəsi bərk halda olub, əksəriyyəti kristal şək-
lindədir. Bir çox minerallar anizotropdur, yəni onların fiziki xassələri 
(qızdırıldıqda  xətti  genişlənməsi,  optik  xassələri  və  s.)  müxtəlif 
istiqamətlərdə  (kristalloqrafik  oxlar  boyu)  müxtəlifdir.  Kristal 
cisimlərdən fərqli olaraq, amorf cisimlər (məs., opal, trepel, şüşə və s.) 
izotropdur, yəni onların fiziki xassələri bütün istiqamətlərdə eynidir. 
Minerallar  kimyəvi  tərkiblərinə  görə  fərqlənir.  Aşağıda  əsas 
süxur əmələgətirən minerallar haqqında məlumat verilir. 
 
Kvars qrupu 
Yer  qabığında  (litosferada)  ən  çox  yayılmış  minerallardan  biri 
silisium  4-oksididir  (SiO
2
).  O,  sərbəst  (kvars)  və  silikatlar  (silisium 
oksidlə əsasi oksidlərin kimyəvi birləşmələri) halında olur. 
Kvars qrupuna daxil olan minerallardan kvars, xalsedon və opal 
daha geniş yayılmışdır. 
Kvars  kristal silisium 4-oksiddir. O, ayrıca dağ süxuru halında 
(kvars  qumu,  şüşə,  dağ  billuru)  yaxud  poliminerallı  dağ  süxurlarının 
tərkibində olur. Kvarsın həqiqi sıxlığı 2650 kq/m
3
,  bərkliyi  isə  7-dir. 
O, sıxılmada yüksək möhkəmliyə (2000 MPa) malik olub, sürtülməyə 
də çox davamlıdır.   
Kvars püskürülmüş və metamorfik süxurları əmələ gətirən əsas 
minerallardan biridir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin