N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə27/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   148
İnşaat Materialları (e-book az)

Porfirlər  üç  tərkibdə  olur.  Kimyəvi  tərkibi  qranitlə  eyni  olan 
porfirə  kvarslı  porfir,  siyenitlə  eyni  olana  kvarssız  porfir  və  dioritlə 
eyni olana isə porfirit deyilir.  


 
 
 
 
31 
31 
Kvarslı porfir şüşəvarı quruluşlu, ayrı-ayrı iri kvars kristalları-
nın  dənələri  olan  süxurdur.  Aşınma  zamanı  həmin  dənələrin  süxur 
kütləsindən  ayrılması  mümkündür.Boz,  yaşılı-qara,  qırmızı-qonur  və 
s.  rəngdə  olur.  Sıxlığı  2400

2600  kq/m
3
,  sıxılmada  möhkəmliyi  isə 
130

180  MPa-dər.  Ondan  qırmadaş  kimi  yaxud  ədədi  daş  halında 
istifadə edilir. 
Kvarssız porfir siyenitin analoqu olub, ona nisbətən daha köv-
rək və temperatur dəyişmələrinə daha az davamlıdır. 
Porfirit  dioritin  analoqudur.  Boz,  sarımtıl  və  bozumtul-yaşıl 
rəngdə olur. Sıxlığı 2200

2800 kq/m
3
, sıxılmada möhkəmlik həddi isə 
60

250  MPa-dır.  Porfiritdən  üzlük  materialı  kimi  və  eləcə  də 
qırmadaşların hazırlanmasında istifadə edilir. 
Traxit  kimyəvi  tərkibinə  görə  siyenitə  oxşayır,  lakin  ona  nis-
bətən daha məsaməlidir. Ağ, açıq boz və açıq sarı rəngdə olur. Sıxlığı 
2200  kq/m
3
,  sıxılmada  möhkəmlik  həddi  isə  60

70  MPa-dır.  Traxit 
yaxşı  emal  edilir,  lakin  pardaqlanmır.  Ondan  inşaat  işlərində  divar 
materialı  kimi  istifadə  edilir  və  yüngül  beton  üçün  doldurucular 
hazırlanır. Sürtülməyə və aşınmaya az davamlıdır. 
Traxitin  bir  növü  olan  beştaunit  süxuru  Şimali  Qafqazda  çı-
xarılır.  Ondan  turşuyadavamlı  beton  üçün  doldurucu  kimi  istifadə 
edilir. 
Liparit kimyəvi tərkibinə görə qranitə oxşayır. Rəngi açıq boz, 
sarımtıl  və  yaşılımtıl-ağdır.  Sıxlığı  2600

2700  kq/m
3
,  sıxılmada 
möhkəmlik  həddi  isə  130

180  MPa-dır.  Liparitdən  doldurucuların 
hazırlanmasında,  yol  örtüklərində  və  digər  tikinti  işlərində  istifadə 
edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin