N. M. AĞABƏyli


Tökülmüş (effuziv) süxurlar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə25/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   148
İnşaat Materialları (e-book az)

Tökülmüş (effuziv) süxurlar  mağmanın yer üzərində soyuma-
sı nəticəsində əmələ gəlmişdir. Süxurların əmələgəlmə şəraiti yer üzə-


 
 
 
 
29 
29 
rindəki  şəraitə  uyğun  olduğundan  soyuma  sürətlə  getmiş  və  dənələr 
əmələ gələ bilməmişdir. Ona görə də tökülmüş süxurlar gizli kristallik, 
yaxud şüşəyəbənzər (porfir) quruluşlu olur.  
Qırıntı  süxurları    vulkan  püskürmələri  zamanı  ətrafa  atılan 
lava  parçalarının  tez  soyumasından  əmələ  gəlmişdir.  Bu  süxurlar 
səpinti və sementləşmiş süxurlara bölünür. 
 
Dərinlik (intruziv) süxurları 
Inşaatda istifadə olunan əsas dərinlək süxurlarına qranit, siyenit, 
diorit və qabro aiddir. 
Qranit  yer  qabığında  ən  çox  yayılmış  püskürülmüş  süxurdur. 
Tərkibi  60

65  %  çöl  şpatından  (əsasən  ortoklazdan),  25

30  % 
kvarsdan və 5

10 % slüdadan (əsasən biotitdən) ibarətdir.  
Qranitin sıxlığı  2600

2800  kq/m
3
,  sıxılmada  möhkəmlik  həddi 
isə 120

250 MPa, bəzən isə 300 MPa-a qədər olur. Dartılmada möh-
kəmlik  həddi  sıxılmada  möhkəmlik  həddindən  40

60  dəfə  azdır. 
Dənələrin ölçüsündən asılı olaraq qranit üç növə bölünür: xırda dənəli, 
orta  dənəli  və  iri  dənəli.  Xırda  dənəli  qranit  mexaniki  təsirlərə  çox 
davamlı  olmaqla,  sürtülmə  zamanı  bərabər  yeyilir  və  aşınmaya 
davamlı  olur.  Inşaatda,  hidrotexniki  və  sanitar-texniki  tikililərdə 
qranitdən üzlük materialı kimi geniş istifadə edilir. Qranitdən hazırlan-
mış  qırmadaşdan  yüksək  möhkəmlikli  və  şaxtayadavamlı  betonlar 
hazırlanır. 
Siyenit xarici görünüşcə qranitə oxşayır, lakin rəngi tünddür və 
dənəvər  quruluşu  qranitə  nisbətən  az  seçilir.  Tərkibi  80

85  %  çöl 
şpatlarından və 10

20 % tünd rəngli minerallardan ibarətdir. Siyenitdə 
kvarsın miqdarı çox az (0

5 %) olur. Kvarsın miqdarı artdıqca (10

20 
%-ə  qədər)  o,  qranitə  keçir.  Qranitlə  siyenit  arasında  (kvarsın 
miqdarından  asılı  olaraq)  orta  bir  yer  tutan  süxur  vardır  ki,  buna 
qranosiyenit deyilir. 
Siyenit  möhkəmliyinə  görə  qranitə  yaxındır,  lakin  aşınmaya 
qarşı ona nisbətən az davamlıdır. Rəngi çəhrayı, qırmızı, açıq boz və 
ağ  olur.  Siyenitin  sıxlığı  2500

2800  kq/m
3
,  sıxılmada  möhkəmlik 
həddi isə 150

250 MPa-dır. Qranitə nisbətən asan emal olunur. Tətbiq 
sahələri qranitdə olduğu kimidir.  


 
 
 
 
30 
30 
Diorit, əsasən 50

60 % çöl şpatından (plagioklazdan) və 30

35 
%  hornblenddən  ibarətdir.  Onun  tərkibində  10  %-ə  qədər  kvars  ola 
bilər. Rəngi boz, tünd boz və çox zaman yaşılımtıl boz olur. 
Dioritin  sıxlığı  2700

2900  kq/m
3
,  sıxılmada  möhkəmlik  həddi 
isə 150

300 MPa-dır. Xüsusən, xırda dənəli diorit daha möhkəm olur. 
Onlardan üzlük tavaları və sürtünmə təsirinə mə’ruz qalan məmulatlar 
hazırlanır.  
Tərkibinə  görə  həm  qranitə,  həm  də  dioritə  yaxın  olan  süxura 
qranodiorit  deyilir.  Azərbaycanda  Kiçik  Qafqaz  dağlarının  Gədəbəy 
ərazisində qranodiorit yataqları vardır. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin