36
36
Mergel
əhəngdaşı ilə gilin təbii halda narın mexaniki qarışı-
ğıdır. Mergelin tərkibində CaCO
3
-ün miqdarı 25 %-dən 75 %-ə qədər
olur. Ağ, açıq boz, yaşılımtıl, sarımtıl rəngdə olur. Portlandsementin
istehsalı üçün qiymətli xammal hesab edilir.
Əhəng tufu yeraltı soyuq və qaynar sulardan CaCO
3
-ün çökməsi
və sıxlaşması nəticəsində əmələ gəlmişdir. Adətən, əhəng tufu
məsaməli, az möhkəmlikli və asan mişarlanan olur. Əhəng tufunun bir
növü yeraltı qaynar sulardan CaCO
3
-ün çökməsindən əmələ gələn
travertindir. Travertin xırda məsaməli quruluşlu, lakin xeyli möhkəm
(80 MPa-a qədər) süxurdur. Naxçıvan Muxtar Respublikasında
(Şahtaxtı) və Kəlbəcər rayonunda böyük travertin yataqları vardır.
Ondan üzlük materialı kimi istifadə edilir.
Dolomit (CaCO
3
MgCO
3
) teksturasına görə əhəngdaşına oxşa-
yır. Tərkibi, başlıca olaraq, dolomit mineralından ibarətdir. Lakin
tərkibində başqa qatışıqlar: gilli material, kvars, dəmir oksidləri və s.
maddələr vardır.
Dolomit əhəngdaşına nisbətən bir az ağır, bərk və möhkəm olur.
Onun həqiqi sıxlığı 2200
2800 kq/m
3
, sıxılmada möhkəmlik həddi
120
200 MPa, bərkliyi isə 3
4-dür. Aşınmaya qarşı çox davamlıdır.
Rəngi ağ, yaşılımtıl-boz, boz və qırmızımtıl-boz olur.
Dolomit inşaat daşı kimi beton üçün iri doldurucuların, oda-
davamlı materialların hazırlanmasında, habelə yapışdırıcı maddənin
(kaustik
dolomitin)
istehsalında işlənir. Naxçıvan Muxtar
Respublikasında dolomit yataqları vardır.
Maqnezit (MgCO
3
) eyni adlı mineraldan ibarətdir. Bəzən maq-
nezitin tərkibində kalsium karbonat və dəmir-karbonat qarışıqları olur.
Əhəngdaşı və dolomitə nisbətən az yayılmışdır. Ağ və sarımtıl-boz
rəngdə
olur. Sıxlığı 2800
3000 kq/m
3
, bərkliyi isə
3,5
4,5-dir.
Maqnezitdən odadavamlı materialların və maqnezial yapışdırıcı
maddənin (kaustik maqnezitin) istehsalında istifadə edilir.
Dostları ilə paylaş: