34
34
Çay daşı ölçüləri 150 mm və daha çox olan dəyirmi formalı də-
nəvər süxurdur. Bu daşdan yolların, həyətlərin, yamacların, küçələrin
döşənməsində və habelə qırmadaşların hazırlanmasında istifadə edilir.
Çınqıl ölçüləri 5 mm-dən 150 mm-ə qədər olan hamar üzlü də-
nəvər süxurdur.O, betonların hazırlanmasında iri doldurucu kimi
işlədilir.
Qum ölçüləri 0,14 mm-dən 5 mm-ə qədər olan dənəvər süxur-
dur. Inşaat məhlullarının və betonların hazırlanmasında, şüşə is-
tehsalında, əsasların, yol örtüklərinin düzəldilməsində və s. bu kimi
məqsədlər üçün tikintidə qumdan geniş istifadə edilir.
Gilli süxurlar ən çox yayılmış çöküntü süxurları olub, tərkibi
0,01
0,001 mm və daha kiçik ölçülü hissəciklərdən ibarətdir. Onlar
müxtəlif mineral tərkibli olur. Gilli süxurların tərkibində kvars, çöl
şpatları, slüdalar və eləcə də hidrooksidlər, karbonatlar, sulfatlar və
digər minerallar ola bilər. Gilli süxurlardan kaolinit, montmorillonit və
polimikt gilləri daha geniş yayılmışdır.
Dostları ilə paylaş: