37
37
Gips daşı gips yapışdırıcı maddələrin istehsalında və daxili
üzlük tavaların hazırlanmasında istifadə edilir.
Anhidrit eyni adlı CaSO
4
mineralından ibarət süxurdur. Sıxlığı
2900
3000 kq/m
3
-dur. Gips daşından daha bərk olmasına görə
fərqlənir. Bərkliyi 3-dür. Ondan anhidrit yapışdırıcı maddələrin, xarici
görünüşcə naxışlı növlərindən isə üzlük tavalarının istehsalında
istifadə edirlər. Adətən, anhidrit gips daşı ilə bir yataqda olur.
Gəc tərkibi gips, gil və qumdan ibarət süxurdur. Inşaatda çiy və
yandırılmış halda (yapışdırıcı maddə kimi) işlədilir.
Azərbaycanda ən böyük gəc yataqları Gəncə şəhəri yaxınlığın-
dadır. Bundan başqa Qazaxda, Qarabağda, Naxçıvan Muxtar Respub-
likasında, Lənkəranda və respublikamızın digər rayonlarında gəc
yataqları vardır.
Dostları ilə paylaş: