N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə37/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   148
İnşaat Materialları (e-book az)

Karbonat  süxurları.  Bu  süxurlar  balıqqulağılarının  və  yosun 
qalıqlarının  sementləşməsindən  əmələ  gəlmişdir.  Inşaatda  karbonat 
süxurlarından  balıqqulağılı  əhəngdaşı  və  təbaşir  daha  geniş  istifadə 
edilir. 
Balıqqulağılı əhəngdaşı  balıq qulağılarının və onların parçala-
rının təbii əhənglə sementləşməsindən əmələ gəlmişdir.Adətən, ağ və 
boz  rəngdə  olur.  Məsaməli  süxurdur.  Asan  mexaniki  emal  ol-
duğundan,  ondan  mişarlama  yolu  ilə  divar  materialı 

‖kubik‖  daşı 
hazırlanır. 
Balıqqulağılı  əhəngdaşının  sıxlığı  800

1800  kq/m
3
,  sıxılmada 
möhkəmlik  həddi  isə  0,4

15  MPa-dır.  Istilikkeçirmə  əmsalı  0,5

0,7 
Vt/(m

0
S)-dir. Ondan mülki tikintilərdə divar materialı kimi, eləcə də 
yüngül betonlarda doldurucu kimi istifadə olunur. 
Azərbaycanda balıqqulağı əhəngdaşı çox yayılmışdır. Xüsusilə, 
Bakı şəhərinin ətrafında belə yataqlar çoxdur. 
Təbaşir balıqqulağı və ilbiz qalıqlarının ən xırda hissəciklərin-
dən  ibarət  olub,  kimyəvi  tərkibi  CaCO
3
-dür.  Möhkəmliyi  çox  azdır. 
Rəngi  ağdır.  Əhəng  və  sement  istehsalında,  rəngsaz  işlərində  (ağ 
rəngli piqment kimi) istifadə olunur.  

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin