§6. Metamorfik süxurlar
39
39
Metamorfik süxurlar yerin müxtəlif dərinliyində 100
0
S-dən 900
0
S-dək temperatur intervalında yüksək təzyiq (10
1000 MPa) altında
püskürülmüş və çöküntü süxurlarından əmələ gəlmişdir.
Metamorfik süxurlar iki qrupa bölünür: püskürülmüş metamor-
fik süxurlar və çöküntü metamorfik süxurlar. Inşaatda daha çox
istifadə edilən püskürülmüş metamorfik süxurlara qneys, çöküntü
metamorfik süxurlara isə mərmər, kvarsit və gil şistləri aiddir.
Qneys qranitin, qranodioritin, kvarslı porfirlərin və digər
süxurların yüksək təzyiq və temperatur təsiri altında şəklini dəyişmə-
sidir.
Qneysin lay müstəvisinə perpendikulyar istiqamətdə sıxılmada
möhkəmlik həddi 150
200 MPa-dır. Rəngi, adətən, boz olur. Ondan
but
hörgüsündə, bünövrələrdə, tavadaşı şəklində küçələrin
döşənməsində, kanal və sahillərin üzlənməsi işlərində istifadə edilir.
Mərmər kristallik süxur olub, yüksək temperatur və təzyiq al-
tında əhəngdaşı və dolomitdən əmələ gəlmişdir. Mərmərdə kalsit
yaxud kalsitlə dolomit dənələri yapışdırıcı maddəsiz bir-birinə çox
möhkəm yapışmşdır.
Təmiz mərmərin rəngi ağdır. Tərkibindəki qatışıqlardan asılı
olaraq, mərmərin rəngi çəhrayı, sarı, qırmızı, qara və s. ola bilər.
Bundan əlavə mərmərdə naxışlar və damarlar olur ki, bu da ona çox
gözəl xarici görkəm verir.
Mərmərin sıxlığı 2600
2800 kq/m
3
, sıxılmada möhkəmlik həd-
di isə 60
300 MPa-dır. Bərkliyi 3
4-dür. Asan mişarlanır, çox sıx
olduğundan yaxşı cilalanır və pardaqlanır.
Mərmər, əsasən, daxili bəzək işlərində, döşəmələrdə, pilləkən
pillələrində, sürahilərdə və s. yerlərdə işlədilir. Mərmər qumu və
qırmadaşı dekorativ suvaq və beton hazırlamaq üçün istifadə olunur.
Kvarsit silisiumlu qumdaşının yenidən kristallaşmasından
əmələ gələn süxurdur. Onun tərkibində 95
99 %-ə qədər SiO
2
olur.
Kvarsitin ən mühüm xassəsi onun yüksək odadavamlılığıdır. Rəngi ağ,
qatışıqları olduqda isə qırmızı, bənövşəyi, sarı və tünd qırmızıdır.
Kvarsitin sıxlığı 2600
2800 kq/m
3
, sıxılmada möhkəmlik həddi
80
450 MPa-dır. Bərkliyi 7-dir. Bərk olduğu üçün kvarsit çətin emal
edilir. Iqlimədavamlı və uzunömürlü daşdır. Buna görə də ondan bina
və tikililərin məsul hissələrində, məs., körpülərdə fermaaltı dayaqda
və habelə üzlük materialı kimi istifadə olunur.
40
40
Gil şistləri yüksək təzyiq altında gillərin güclü sıxlaşması və
qismən yenidən kristallaşması nəticəsində əmələ gələn bərk gilli
süxurdur. Gildən fərqli olaraq, gil şistləri çox bərkdir və suda yum-
şalmır.
Gil şistlərinin tərkibi çox xırda gil hissəciklərindən, slüda təbə-
qələrindən, çöl şpatından, kvarsdan, kükürd kolçedanı və s.-dən iba-
rətdir. Rəngi tünd boz, bəzən isə qara olur.
Dostları ilə paylaş: |