1
şaquli kəsən mişarlar; 2
üfqi kəsən mişarlar Daha bərk süxurlardan (qranitdən və s.) ədədi daş material -
lar, iri bloklar və tavalar almaq üçün almaz kəskilərlə təchiz olunmuş
diskli yaxud zəncirli mişarlardan istifadə edilir. Bu cür mişarlı
maşınların məhsuldarlığı daha yüksək olur.
Beləliklə, karxanalardan çıxarılmış daş materialların çox az
qismi işlədilmək üçün hazır material halında olur (qum, çınqıl,
mişarlanmış ədədi daş və s.). Lakin çıxarılmış daş materialların böyük
bir qismi emal edilmək üçün zavodlara göndərilir. Belə zavodlarda daş
materialı emal edilir, yəni müəyyən ölçüdə və formada kəsilir, səthinə
isə lazımi faktura verilir.
Təbii daş materiallar və məmulatlar hazırlanma üsuluna görə
mişarlanmış (divar daşları və blokları, üzlük və döşəmə tavaları və s.),
yarılmış (haşiyə daşları, yonulmuş daşlar və tavalar, dördtin daşlar və
s.), parçalanmış (but daşı), xırdalanmış (qırmadaş, süni qum) və
üyüdülmüş (mineral toz) olur.