§9. Təbii daş materialların aşınmadan (dağılmadan) qorunması
Daş materiallar istismar prosesində atmosfer çöküntüləri və
havada olan qazların, tozun təsirinə məruz qalır. Xüsusən, dövri olaraq
nəmlənmə və quruma, eləcə də donma və donu açılmalar daş
materiallarına daha pis təsir edir, onların uzunömürlülüyünü və
dekorativliyini aşağı salır.
Daş materialların xassələrinin pisləşməsinə səbəb fiziki və
kimyəvi aşınmalar, bioloji dağılma və çirklənmə ola bilər.
Fiziki aşıniaya səbəb suyun təsiridir. Su, daş materialda olan
çatlara və məsamələrə daxil olaraq, onun möhkəmliyini aşağı salır.
Şaxta və digər amillər suyun dağıdıcı təsirini daha da gücləndirir. Xü-
susən, porfir quruluşlu və iridənəli süxurlar bu səbəbdən daha tez
dağılır.
Havada olan kükürd və digər qazlar daş materialların kimyəvi
aşınmasına səbəb olur. Xüsusən, sənaye müəssisələri olan yerlərdə
kükürd qazı mərmər, əhəngdaşı tavalarının səthini daha tez dağıdır.
Təbii daş materialları aşınmadan (dağılmadan) qorumaq üçün
konstruktiv və kimyəvi tədbirlərdən istifadə edilir.
Konstruktiv tədbirlərə suyun dayanmadan axması üçün şərait
yaratmaq və konstruksiyanın səthini hamar etmək kimi tədbirlər
45
45
aiddir. Xüsusən, binanın açıq hissələrini, məs., karnizləri, qurşaqları
və s. elementləri elə düzəltmək lazımdır ki, su onların səthində
dayanmayıb axa bilsin. Daşın üzünün hamar olması, məs., par-
daqlanması, onu aşınmadan müəyyən dərəcədə qoruyur. Daş kifayət
qədər sıx olmadıqda onu pardaqlamaq mümkün deyildir. Belə halda
daşın aşınmasının qarşısını almaq üçün ona müəyyən dərinliyə qədər
kimyəvi maddələr
hopdurulur.
Kimyəvi tədbirlər zamanı daş materialın səthinə elə suda həll
olan maddə hopdururlar ki, həmin maddə daşın əsas tərkibi ilə reak-
siyaya girib, onu suda həll olmayan birləşməyə çevirsin. Bu məqsədlə
hidrogen-silisium-flüorid turşusunun duzlarından istifadə edilir. Daş
materialların bu üsulla qorunması flyuatlama adlanır.
Əhəngdaşlarına flyuat məhlulları (məs., MgSiF
6
) hopdurduqda
aşağıdakı reaksiya gedir:
2CaCO
3
+ MgSiF
6
= 2CaF
2
+ MgF
2
+ SiO
2
+ 2CO
2
.
Reaksiya nəticəsində daşın məsamələrində suda həll olmayan
maddələr
CaF
2
, MgF
2
və SiO
2
əmələ gəlir. Bu birləşmələr daşın
səthini sıxlaşdırır, suhopmasını azaldır, möhkəmliyini və şax-
tayadavamlılığını , eləcə də kimyəvi amillərin təsirinə qarşı müqa-
vimətini artırır.
Iri məsaməli süxurları yaxud tərkibində CaCO
3
mineralı az olan
süxurları flyuatlamadan qabaq əvvəlcə CaCl
2
məhlulu ilə qurudur,
sonra isə Na
2
CO
3
məhlulu ilə hopdururlar. Bu zaman reaksiya
nəticəsində CaCO
3
əmələ gəlir:
CaCl
2
+ Na
2
CO
3
= CaCO
3
+ 2NaCl.
Bundan sonra aparılan flyuatlama zamanı CaSO
3
ilə flyuat məh-
lulu arasında intensiv reaksiya gedir və daşın səthi sıxlaşır.
Bəzi üzlük daş materialları aşınmadan qorumaq üçün onları
maye şüşə və CaCl
2
ilə hopdururlar. Nəticədə daşın məsamələrində
suda həll olmayan birləşmələr əmələ gəlir. Daş materialın səthini ar-
dıcıl olaraq, kalium sabununun spirtli məhlulu və alüminium asetatla
hopdurmaqla da sıxlaşdırmaq olar.
Son zamanlar suda həll olan polimer materialların inkişafı ilə
əlaqədar olaraq, daşın səthini hidrofob xassələrə malik silisiumlu üzvi
birləşmələrlə: polietilhidrosiloksan, natrium metilsilikonat və natrium
etilsilikonat məhlulu ilə hopduraraq sıxlaşdırırlar.
46
46
Dostları ilə paylaş: |