§ 3. Keramik material və məmulatların istehsalı Keramik material və məmulatlar təyinatına, formasına və fiziki-
mexaniki xassələrinə görə müxtəlif olmasına baxmayaraq, onların
istehsalı təxminən eyni olub, aşağıdakı mərhələlərdən ibarətdir:
1) gilin çıxarılması, daşınması və saxlanması;
2) keramik kütlənin hazırlanması;
3) məmulatın qəliblənməsi;
4) məmulatın qurudulması;
5) məmulatın bişirilməsi.
Bəzi keramik məmulatların (sanitar-texniki keramika, keramik
borular, tavacıqlar və s.) istehsalında göstərilən mərhələlərlə yanaşı
bəzək vurma mərhələsindən də istifadə edilir.