54
54
Şiri təşkil edən əsas komponentlər aşağıdakılardır: kvars qumu,
kaolin, çöl şpatı, qələvi-metal duzları, qurğuşun oksidləri, borat
turşusu və s.
Hazırlanma üsuluna görə şirlər iki cür olur: çiy
bişirilməmiş,
əridilmiş.
Anqob bişirilməmiş keramik məmulatın səthinə çəkilən, ağ ya-
xud rəngli gildən hazırlanan nazik təbəqədir. O, bişirilmə zamanı
ərimir, buna görə məmulatın səthi donuq rəng əldə edir.
Məmulatın səthini örtmək və ona gözəl görünüş vermək lazım
gəldikdə, yaxud şirlə saxsının termik genişlənmə əmsalları eyni olma-
dıqda anqobdan istifadə edirlər. Bu halda anqob şirlə saxsı arasında
aralıq qat rolunu oynayır.
Anqob şir hazırlanan materiallardan, lakin başqa nisbətlərdə
hazırlanır.
Dostları ilə paylaş: