Gilin xassələri. Keramika istehsalında gilin əsas xassələrinin:
plastikliyinin, yapışdırıcılıq qabiliyyətinin, yığışmasının, daş halına
keçməsinin, odadavamlılığının və saxsılaşmasının böyük əhəmiyyəti
vardır.
Plastikliyi. Gili müəyyən miqdar su ilə qarışdırdıqda o, plastik-
lik və yapışdırıcılıq qabiliyyətinə malik olan xəmir əmələ gətirir. Gil
xəmirinin xarici qüvvələrin təsiri altında çat əmələ gəlmədən öz for-
masını dəyişdirmək, qurudulma və bişirilmə zamanı həmin formanı
saxlamaq qabiliyyətinə plastiklik deyilir. Müxtəlif keramik material
və məmulatları stehsal etdikdə gilin plastikliyinin böyük əhəmiyyəti
vardır.
Gilin plastikliyi onun mineral və dənəli tərkibindən, dənələrinin
formasından, gil xəmirindəki suyun miqdarından və digər amillərdən
asılıdır.
Inşaat keramikasının istehsalında mötədil plastiklikli gillərdən
istifadə edilir. Az plastiklikli gillər pis qəliblənir, yüksək plastiklikli
gillər isə quruduqda çatlayır. Gillərin plastiklikliyini nizamlamaq üçün
onlara yavanlaşdırıcı materiallar və plastikləşdirici əlavələr qatırlar.
Yapışdırıcılıq qabiliyyəti . Gilin qeyri-plastik materialların
(qum, şamot və s.) hissəciklərini birləşdirmək və quruduqdan sonra
kifayət qədər möhkəm material əmələ gətirməsi xassəsinə yapışdı-
rıcılıq qabiliyyəti deyilir. Yapışdırıcılıq qabiliyyətinin əsas göstəricisi
olaraq, gilə qatılan qumun elə miqdarı götürülür ki, həmin qum
əsasında alınmış keramik kütlənin plastiklik ədədi 7-dən az olmasın.
Gilin yığışması. Gildən hazırlanan çiy material və məmulatı
qurutduqda və bişirdikdə onun xətti ölçüləri və həcmi kiçilir. Bu
hadisəyə yığışma deyilir. Xətti və həcmi yığışma ayırd edilir.
51
51
Xətti yığışma gil nümunəsinin quruma və bişirmə zamanı ölçü-
lərinin, həcmi yığışma isə həcminin azalmasını göstərir. Xətti və həc-
mi yığışma ədədi qiymətcə faizlə ifadə olunub, nümunənin ölçülərinin
yaxud həcminin ilkin ölçülərə yaxud həcmə görə nə qədər dəyişdiyini
göstərir.
Gilin yığışmasının iki növü vardır: havada və odda.
Gil nümunəsini qurutduqda onun xətti ölçülərinin və həcminin
azalmasına havada yığışma deyilir. Havada yığışmaya səbəb suyun
buxarlanmasıdır. Gilin havada xətti yığışması onun dənəli tərkibindən,
xüsusən, gil hissəciklərinin miqdarından asılı olaraq, 2
3 %-dən
10
12 %-ə qədər dəyişir.
Gil nümunəsinin bişirilmə zamanı xətti ölçülərini və həcmini
azaltmasına odda yığışma deyilir. Odda yığışmaya səbəb gilin bişiril-
məsi zamanı onda olan asanəriyən maddələrin əriməsi və gil hissə-
ciklərinin bir-birinə yaxınlaşmasıdır. Gilin tərkibindən asılı olaraq
odda yığışma 2
8 % olur.
Havada və odda yığışmadan başqa, onların cəbri cəmi olan tam
yığışma da təyin edilir. Gilin tam yığışması 5
18 % olur.
Gilin yığışması xassəsindən müəyyən ölçülü keramik material
və məmulat hazırlandıqda istifadə olunur.
Gilin bişirildikdə daş halına keçməsi. Gilin ən mühüm xas-
sələrindən biri bişirmə zamanı onun daş halına keçməsidir. Gilə yük-
sək temperatur təsir etdikdə onda ardıcıl olaraq, bir sıra fiziki-kimyəvi
dəyişikliklər baş verir. 200
0
S-dək temperaturda gilin tərkibində olan
sərbəst su və hiqroskopik nəmlik kənar olur. Gildəki kimyəvi
birləşmiş su 450
0
S-də ayrılmağa başlayıb 600
0
S-də qurtarır. Bu
zaman gil susuz metakaolinitə (Al
2
O
3
2SiO
2
) çevrilir. 700
800
0
S
temperaturda metakaolinit Al
2
O
3
və SiO
2
-yə parçalanır və gilin
tərkibindəki üzvi qatışıqlar yanır. Temperaturun sonrakı artımında
(900
0
S və daha yüksək) gilin tərkibində olan karbonatlar və sulfatlar
CO
2
və SO
2
qazları ayıraraq parçalanır və sərbəst metal oksidləri
əmələ gətirir. Həmin metal oksidləri gil maddəsinin parçalanma məh-
sulları ilə (Al
2
O
3
və SiO
2
) birləşərək yeni süni mineral
mullit
(3Al
2
O
3
2SiO
2
) əmələ gətirir. Mullit keramik məmulata suyada-
vamlılıq, möhkəmlik və termik davamlılıq xassəsi verir. Mullitin əmə-
lə gəlməsi ilə yanaşı gildə olan asanəriyən maddələr əriyir və bütün
kütləni sıxlaşdırır. Nəticədə gil möhkəm daş halına keçir.
52
52
Dostları ilə paylaş: |