N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə46/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   148
İnşaat Materialları (e-book az)

Kimyəvi  tərkibi.  Gillər  müxtəlif  oksidlərdən  və  sudan  iba-
rətdir. 
Alüminium oksidi (Al
2
O
3
) gilin mühim tərkib hissəsi olub, ke-
ramik material və məmulatların xassələrinə daha çox təsir göstərir. Bu 
oksidin  miqdarı  kərpic  gillərində  10

15  %,  odadavamlı  gillərdə  isə 
32

35  %  olur.  Al
2
O
3
  daha  çətin  əriyən  oksiddir.  Onun  miqdarı 
artdıqca  gilin  plastikliyi  və  odadavamlılığı,  bişirilmiş  məmulatın  isə 
möhkəmliyi artır.   
Gili  əmələ  gətirən  əsas  oksid  silisium  dörd  oksiddir  (SiO
2
). 
Onun miqdarı 55

65 %-dən 80

85 %-ə qədər dəyişir. 
Gildə dəmir oksidlərinin miqdarı 1 %-dən (ağ rəngli gillərdə) 8

10 %-
ə qədər (kərpic gillərində) olur. 
Gilin  tərkibində  kalsium  və  maqnezium  oksidlərinin  miqdarı 
2

3 % olur. Bəzi gillərdə CaO-in miqdarı 25 %-ə çatır. 
Gildə kalium və natrium oksidlərinin miqdarı 5

6 %-ə çatır və 
bu  oksidlər  faydalı  hesab  edilir.  Belə  ki,  onlar  keramik  məmulatın 
bişirilmə temperaturunu aşağı salır və möhkəmliyini artırır.  
Titan dörd oksidinin (TiO
2
) miqdarı 1,5 %-ə qədər olur. 
Su,  gilin  tərkibində  sərbəst  və  kimyəvi  bağlı  halda  olur.  Kim-
yəvi bağlı su gil əmələ gətirən mineralların tərkibinə daxildir. Odur ki, 
gildə  bu  və  ya  digər  mineralların  olması  ilə  kimyəvi  bağlı  suyun 


 
 
 
 
50 
50 
miqdarını bilmək (hesablamaq) olur. Bu suyun miqdarına əsasən gilin 
quruma və bişirilmə qabiliyyəti müəyyən edilir. 
Dənəli tərkibi. Müxtəlif irilikli hmssəciklərdən ibarət olan gilin 
dənəli tərkibi həmin hissəciklərin miqdarı ilə xarakterizə edilir. Gilin 
tərkibindəki 0,005 mm-dən xırda ən kiçik hissəciklərə gil hissəcikləri
0,005

0,14 mm ölçülü iri hissəciklərə toz, 0,14

5 mm ölçülü daha iri 
hissəciklərə  isə  qum  deyilir.  Qeyd  etmək  lazımdır  ki,  toz 
hissəciklərindən  fərqli  olaraq  gil  hissəciklərini  su  ilə  doydurduqda 
şişir.     

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin