47
47
hazırlanan panellər və s.); damüstü materiallar (kirəmit,); örtük
məmulatları (müxtəlif növ keramik daşlar); xarici üzlük materialları
(şirlənmiş tavacıqlar və fasonlu detallar); yüngül betonlar üçün
məsaməli doldurucular (keramzit, aqloporit); istilik-izolyasiya
məmulatları; sanitar-texniki məmulatlar (əl-üzyuyan, vanna, unitaz);
döşəmə tavacıqları; yol kərpici, turşuyadavamlı materiallar (kərpic,
tavacıq, boru); odadavamlı materiallar; yeraltı kommunikasiya məmu-
latları (kanalizasiya və drenaj boruları).
Müasir keramik material və məmulatların əsas texnoloji növləri
terrakota, kaşı (mayolika), fayans (saxsı) və çinidir (farfordur).
Terrakota
ağ və rəngli gillərdən bişirilmiş məsaməli şir-
lənməmiş keramik məmulatdır. Bişirildikdən sonra terrakota özünə
məxsus (açıq sarıdan qırmızı-qəhvəyi və qara rəngədək) rəng alır.
Ondan heykəltaraşlıq əsərləri, memarlıq detalları, divar materialları,
üzlük tavaları və s. material və məmulatlar hazırlanır.
Kaşı
bişmiş rəngli gildən hazırlanan məsaməli şirlənmiş (mi-
nalanmış) keramik materialdır. Ondan memarlıq abidələrində, bəzək
işlərində geniş istifadə edilir.
Fayans — bərk, xırdaməsaməli keramik materialdır. Adətən, ağ
rəngdə olub, çinidən məsaməliliyinin və suhopmasının çox olmasına
görə (12 %-ə qədər) fərqlənir. Sukeçirməsini azaltmaq üçün şirlə
örtürlər. Saxsıdan (fayansdan) ən çox qablar, ağ və rəngli üzlük
tavacıqları, sanitar-texniki məmulatlar istehsal etmək üçün istğifadə
edilir.
Çini
su və qaz keçirməyən ağ, saxsılaşmış keramik material-
dır. O, termik və kimyəvi davamlı material olub, yüksək mexaniki
xassələrə malikdir. Çinidən korroziyayadavamlı kimya aparatları,
elektrik və radiotexnika məmulatları, yüksək keyfiyyətli qablar,
sanitar-texniki məmulatlar və digər materiallar hazırlanır.
Dostları ilə paylaş: