N. M. AĞABƏyli


§2. Keramik material və məmulatların istehsalı üçün xammal



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə45/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   148
İnşaat Materialları (e-book az)

 
§2. Keramik material və məmulatların istehsalı üçün xammal 
Keramik  material  və  məmulatların  istehsalı  üçün  işlədilən 
xammalı  şərti  olaraq  iki  qrupa  bölürlər:  plastik  və  qeyri-plastik 
materiallar.  Plastik    materiallara  gillər  və  kaolin,  qeyri-plastik 
materiallara  isə  yavanlaşdırıcı  materiallar,  aşqarlar  və  əlavələr 
daxildir. 


 
 
 
 
48 
48 
Gillər 
Gilərlin  təsnifatı.  Su  ilə  qarışdırıldıqda  plastik  xəmir  əmələ 
gətirən,  quruduqda  öz  formasını  saxlayan,  bişirildikdə  isə  daş  kimi 
bərkiyən mexaniki çöküntülərə gil deyilir. Gillər tərkibində çoxlu çöl 
şpatı  olan  püskürülmüş  süxurların  aşınmasından  əmələ  gəlmişdir. 
erallar gilə plastiklik verir.  
Gilli  mineralların  xassələri  onların  kristallik  qəfəsələrinin  qu-
ruluşu ilə əlaqədardır. 
Kaolinit  sıx  quruluşlu  kristallik  qəfəsəyə  malik  olduğundan  o, 
nəmlənmə zamanı özünə az su birləşdirir. Lakin quruma zamanı asan-
lıqla özündən su ayırır. 
Montmorillonitin kristallik qəfəsəsi sıx deyildir (kaolinitə nisbə-
tən) və buna görə o, asanlıqla özünə çoxlu miqdarda su birləşdirir və 
saxlayır.  Montmorillonit  gillər  yüksək  plastikliyinə  və  daha  çox 
şişməsinə görə
 fərqlənir. 
Illit (hidroslüda) mineralı xassələrinə görə kaolinit və montmo-
rillonit arasında orta mövqe tutur. 
Gilin tərkibində kvars, karbonat, dəmir, sulfat və üzvi qatışıqlar, 
həll olmuş duzlar və digər qatışıqlar olur. 
Tərkibi, başlıca  olaraq,  kaolinitdən ibarət  olan  daha təmiz  gilə  
kaolin    deyilir.  Kaolində  xeyli  miqdarda  ölçüləri  0,01  mm-dən  kiçik 
hissəciklər olur və o, bişirildikdən sonra ağ rəngini saxlayır. 
Keramik  material  və  məmulatlar  istehsalında  işlədilən  gilləri 
şərti  olaraq  dörd  qrupa  bölmək  olar:  keramik  (dulusçuluq),  kərpic, 
bentonit və odadavamlı gillər. 
Keramik  (dulusçuluq)  gillər,  başlıca  olaraq,  gilli  minerallardan 
(kaolinitdən, hidroslüdadan)  və onların az və ya çox dərəcədə kvars, 
çöl  şpatı,  dəmir  oksidləri,  karbonatlar  və  digər  qatışıqlar  ilə  qa-
rışığından ibarətdir. Belə gillərdən keramika sənayesində üzlük kərpic 
və  tavacıqların,  boşluqlu  blokların,  kirəmitin,  drenaj  və  kanalizasiya 
borularının,  döşəmə  tavacıqlarının,  terrakotanın,  kaşının,  fayans  və 
çini məmulatların və s. materialların hazırlanmasında istifadə edilir. 
Kərpic gilləri keramik gillərə nisbətən daha çox qarışıq, mineral 
və  dənəli  tərkibinə  görə  dəyişkən  olur.  Onların  tərkibi  gilli  mi-
nerallardan  və  xeyli  miqdarda  kvars,  karbonatlar,  dəmir  oksidləri  və 
digər  qatışıqlardan  ibarətdir.  Bu  gillərdən  gil  və  yol  kərpiclərinin, 


 
 
 
 
49 
49 
divar  bloklarının,  kirəmitin,  üzlük  tavacıqların,  yüngül  keramik 
doldurucuların (keramzit, aqloporit) istehsalında istifadə edilir. 
Bentonit  gillər  vulkan  tufu,  külü  və  lavalarının  kimyəvi  parça-
lanma yolu ilə dəyişməsindən əmələ gəlmişdir. Bu gillərin tərkibi əsa-
sən, montmorillonit mineralından ibarətdir. Tərkibində       0,001 mm-
dən  kiçik  hissəciklərin  miqdarı  85

90  %-ə  çatır.  Bentonit  gillərdən 
hidrotexniki  və  yeraltı  tikintilərdə  (hidroizolyasiya  və  kipləşdirici 
material  kimi),  yolların  və  uçuş  meydançalarının  bərkidilməsində, 
keramzit  və  aqloporitin  istehsalında,  eləcə  də  keramika  sənayesində 
(plastifikator kimi) istifadə edilir.  
Odadavamlı gillər əsasən, kaolinit mineralından ibarət olub, da-
ha  təmizdir  və  tərkibində mexaniki  qatışıqlar (kvars,  çöl  şpatı,  slüda, 
karbonatlar) azdır. Onlardan, başlıca olaraq, odadavamlı materialların 
hazırlanmasında  istifadə  edilir.  Belə  gillərdən  çini  məmulat  və  digər 
keramik materiallar da istehsal edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin