Keramik kütlənin hazırlanması Tərkibi müəyyən nisbətdə götürülmüş və narın xırdalanmış
xammal materiallarından ibarət olan qarışığa keramik kütlə deyilir.
Keramik kütlə bir komponentli (tərkibi yalnız gildən), iki kom-
ponentli (gil və şamotdan) və çox komponentli (gil və bir neçə ma-
terialdan) ibarət ola bilər.
Gil, keramik kütlənin əsas hissəsini təşkil edir. Odur ki, yüksək
keyfiyyətli keramik material və məmulat əldə etmək üçün gili səylə
hazırlamaq, onu bircinsli etmək lazımdır. Bundan ötrü gilin təbii
quruluşunu dağıtmalı, ondan daş parçaları kənar edilməli və
xırdalanmalıdır.
Keramik kütləni hazırlamaq üçün üç üsuldan istifadə edilir: ya-
rımquru (kütlənin nəmliyi 8
13 %), plastik (kütlənin nəmliyi 18
26
%) və şliker (kütlənin nəmliyi 45
60 %).