Ikiqat qəlibləmə
keramik məmulatların istehsalı zamanı az
tapılan ağ gillərə və boyalara qənaət etmək məqsədilə görülən qəlib-
ləmə əməliyyatıdır. Belə qəlibləmə zamanı məmulatın əsas (çox) his-
səsi dəmir tərkibli asanəriyən gillərdən və nazik üz qatı isə 3
5
mm qalınlıqlı boyalar qatılmış yaxud qatılmamış ağ gildən hazırlanır.
Divar keramikasının və eləcə də bəzi keramik tavacıqların ha-
zırlanmasında ikiqat qəlibləmədən istifadə edilir.
Torkretləmə üzlük kərpicin istehsalında tətbiq edilir. Məmula-
tın səthinə qumvuran aparatla rəngli qum, şüşə, mərmər, şamot, çini
və s. abraziv materialların qırıntılarını vurmaqla faktura əldə edirlər.
Qabarıq bəzək vurma keramik məmulat səthinin dekorativ
keyfiyyətini yaxşılaşdırır və rəngin təsirini gücləndirir. Qəliblənmə za-
manı çiy məmulatın səthinə xüsusi relyef batırmaqla qabarıq faktura
alınır. Keramik tavacıqların və üzlük kərpicin istehsalında qabarıq
bəzək vermadan istifadə edilir.
Xüsusi boyalarla rənglənmə təbii və süni qeyri-üzvi boyalarla
aparılır. Məmulatın rənglənməsi həcmi və səthi ola bilər.