N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə60/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   148
İnşaat Materialları (e-book az)

 
Məmulata bəzək vurulması 
Keramik materiala dekorativ keyfiyyət vermək və bəzi istismar 
xassələrini yaxşılaşdırmaq məqsədilə onlara müxtəpif üsullarla bəzək 
vururlar.  Bəzək  vurma  ya  məmulatın  qəliblənməsi  prosesində,  ya  da 
məmulat qurudulduqdan yaxud bişirildikdən sonra aparılır. Məmulata 
bişirildikdən sonra bəzək vurularsa, onu təkrar bişirmək lazımdır. 
Məmulatın  qəliblənməsi  prosesində  aparılan  bəzək  vurmanın 
növləri aşağıdakılardır: qabarıq bəzək vurma, torkretləmə, anqoblama 
və  ikiqat  qəlibləmə.  Qəliblənmiş  məmulat  qurudulduqdan  yaxud 
bişirildikdən  sonra  aparılan  bəzək  vurmaya  şirləmə  və  xüsusi 


 
 
 
 
63 
63 
boyalarla  rəngləmə  aiddir.  Şirləmə  ilə  bəzək  vurma  daha  geniş 
yayılmışdır.   
Şirləmə  ilə  bəzək  vurmadan  keramik  tavacıqların,  sanitar-tex-
niki  məmulatların  istehsalında  daha  geniş  istifadə  edilir.  Şir  suspen-
ziyası  məmulatın  səthinə  xüsusi  şirləmə  konveyerlərində  və  maşın-
larında  batırma,  tozlama  və  tökmə  üsullarla  çəkilir.  Şir,  pnevmatik 
forsunkalarla 
yaxud 
mərkəzdənqaçma  diskli  tozlandırıcılarla 
tozlandırılır.  Bişirmə  üsulu  ilə  bəzək  vurma  daha  sadə  üsuldur  və 
məmulatın şirlə örtülməsi vannalarda aparılır. 
Keramik  tavacıqların  istehsalı  zamanı  yaxşı  keyfiyyətli  şir  ör-
tüyü konveyer qurğularında tökmə üsulu ilə bəzək vurmada alınır. 
Anqoblama 

 bişirilməmiş  keramik məmulatın səthinin ağ ya-
xud  rəngli  gil  suspenziyası  ilə  nazik  qat  halında  örtülməsidir.  Sus-
penziyanı hazırladıqda ona aşqarlar (şüşə qırıqları, çöl şpatı           və 
s.)  və  mineral  boyalar  qatılır.  Anqoblamadan  üzlük  kərpicin  isteh-
salında  istifadə  edilir.  Anqoblama  zamanı  dekorativ  təsiri  artırmaq 
üçün bəzən anqobun üzərinə şir çəkilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin