Yarımquru qəlibləmə üsulu. Keramik material və məmulatları
bu üsulla qəliblədikdə nəmliyi 8
12 % olan keramik pres-ovuntudan
istifadə olunur. Bundan ötrü həmin ovuntunu böyük təzyiq altında
(15
40 MPa) presləyirlər. Keramik pres-ovuntu müəyyən dənəli
tərkibli və nəmlikli olmalıdır. Onu şliker və qurutma-üyütmə üsulu ilə
alırlar.
Bu üsulun bir növü də quru üsuldur. Keramik ovuntunu quru
üsulla qəliblədikdə onun nəmliyi 2
8 % olmalıdır.
Keramik material və məmulatlar istehsalının kompleks mexa-
nikləşdirilməsi baxımından yarımquru qəlibləmə üsulu daha per-
spektiv üsuldur.
Yarımquru qəlibləmə üsulunun bir sıra çatışmayan cəhətləri
vardır: material və məmulatın qəliblənməsi üçün mürəkkəb və güclü
presləyici avadanlıqdan istifadə olunması, bişirilmə temperaturunun
yüksək olması və s.
Yarımquru qəlibləmə üsulu ilə keramik fasad tavacıqları, kera-
mik divar materialları (adi və boşluqlu kərpiclər) hazırlanır.
Tökmə üsulu. Bu üsulla keramik məmulatların qəliblənməsi gi-
lin yaxud keramik kütlənin su mühitində dayanıqlı suspenziya əmələ
gətirməsinə və eləcə də tətbiq olunan qəliblərin böyük suhopma
qabiliyyətinə əsaslanır.
Tökmə üsulu ilə məmulatların hazırlanmasında gips və mə-
saməli keramik lövhəciklərdən istifadə edilir.
Gips qəliblərin üstün cəhətləri ondan ibarətdir ki, onlar yüksək
suhopma qabiliyyətinə (35 %-ə qədər) və kifayət qədər mexaniki
möhkəmliyə malik olur.
59
59
Məsaməli keramik lövhəciklərdən şirli fasad tavacıqlarının kon-
veyer üsulu ilə istehsalında istifadə edilir. Belə lövhəciklərin suhop-
ması yüksək olur.