N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə54/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   148
İnşaat Materialları (e-book az)

Yarımquru  üsul.  Karxanadan  gətirilmiş  gilin  nəmliyi  az,  qu-
ruluşu sıx və  tərkibində daş qatışıqlarının miqdarı çox olduqda kera-
mik  kütlənin  hazırlanmasında  yarımquru  üsuldan  istifadə  edilir.  Bu 
üsulla  keramik  kütlənin  hazırlanması  aşağıdakı  ardıcıllıqla  yerinə 
yetirilir:  gilin  kobud  xırdalanması,  onun  qismən  (müəyyən  nəmliyə 
qədər) qurudulması, narın xırdalanması, iri qatışıqların kənar edilməsi, 
gil  kütləsinin  yavanlaşdırıcı  materiallar  və  əlavələrlə birlikdə  qarışdı-
rılması və nəmləndirilməsi. 
Gilin kobud xırdalanması bıçaqlı gilkəsən maşında, dişli və de-
zinteqrator vallarında yerinə yetirilir.      


 
 
 
 
56 
56 
Dişli  vallar  içərisində  daşlar  olmayan  böyük  gil  parçalarını 
xırdalamaq  üçün  işlədilir.  Dezinteqrator  valları  gili  həm  xırdalayır, 
həm də daş qırıntılardan təmizləyir. 
Üyütmə aqreqatları və ələklərinin gözlərinin tutulmaması üçün 
gili narın xırdalamazdan qabaq onu quruducu barabanda qurudurlar. B 
halda gilin nəmliyi 15

25 %-dən 2

13 %-ə qədər azalır. 
Gilin narın xırdalanması zamanı dezinteqratordan, hamar səthli 
narın  üyütmə  vallarından,  qaçağandan  və  müxtəlif  növ 
dəyirmanlardan istifadə edirlər. 
   
Narın  xırdalanmış  gili  müxtəlif  konstruksiyalı  və  təyinatlı 
ələklərdən  keçirərək,  onu  iri  hissəciklərədən  (qatışıqlardan)  azad 
edirlər. 
Gili  qabaqcadan  üyüdülmüş  yavanlaşdırıcı  materiallar  və 
əlavələrlə  qarışdırıb,  plastik  kütlə  almaq  üçün  ikivallı  qarışdırıcıdan 
(şəkil 3.3), az plastiklikli keramik kütlə əldə etmək üçün vakuum tipli 
pərli  qaçağandan  və  yavan  keramik  kütlə  almaq  üçün  isə  qarışdırıcı 
qaçağandan istifadə edilir.  
Yarımquru üsulun çatışmayan cəhəti aşağıdakılardır: xammalın 
üyüdülməzdən  qabaq  qurudulması,  üyüdülmə  zamanı  avadanlığın 
daha  çox  işlənib  yeyilməsi,  məmulatı  qəlibləməkdən  ötrü  daha  güclü 
(15

40MPa) preslərdən istifadə olunmasıdır. Bu üsul adi və boşluqlu 
gil  kərpiclərin,  daşların  və  keramik  tavacıqların  istehsalında  tətbiq 
edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin