N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə55/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   148
İnşaat Materialları (e-book az)

Plastik üsul. Gil yumşaq, yaxşı islanan və tərkibində daş qatı-
şıqlarının  miqdarı  az  olduqda  keramik  kütləni  plastik  üsulla 
hazırlayırlar. Bu üsulla keramik kütlənin hazırlanması gilin kobud və 
narın xırdalanmasından və gil kütləsinin yavanlaşdırıcı materiallar və 
əlavələrlə qarışdırılmasından ibarətdir. 
Plastik  və  özlü  gilləri  dişli  vallarda,  kövrək  və  donmuş  gilləri 
gilkəsən maşınlarda, orta plastiklikli gilləri isə deşikli vallarda kobud 
xırdalayırlar. Çətin islanan gilləri və eləcə də tərkibində iri əhəngdaşı 
qatışıqları olan gilləri xırdalamaq üçün qaçağanlardan istifadə edirlər. 
Gili kobud xırdaladıqdan sonra onu hamar yaxud dişli vallarda, 
qaçağanda narın üyüdürlər. 
Yavanlaşdırıcı  materiallar  və  əlavələr  əvvəlcə  müxtəlif  kon-
struksiyalı vallarda xırdalanır, sonra isə dəyirmanlarda üyüdülür. 


 
 
 
 
57 
57 
Narın  xırdalanmış  gil  kütləsini  üydülmüş  yavanlaşdırıcı  mate-
riallar  və  əlavələrlə  birlikdə  ikivallı  gilqarışdırıcıda  buxarla  nəmlən-
dirərək bircinsli kütlə halına düşənə kimi qarışdırırlar.  
Plastik  üsuldan  divar  materialları,  drenaj  və  kanalizasiya  bo-
ruları, kirəmit istehsal etdikdə istifadə edilir. 
Şliker  üsulu.  Gil  yüksək  nəmlikli  və  hazırlanacaq  kütlə  çox-
komponentli  olarsa  keramik  kütləni  şliker  üsulu  ilə  hazırlayırlar. 
Şliker kütləsinin və həmin kütlə əsasında pres-ovuntunun hazırlanması 
aşağıdakı kimi aparılır. 
Əvvəlcə gili, yavanlaşdırıcı materialları və aşqarları dezinteqra-
tor  vallarında,  gilkəsən  maşınlarda  və  dişli  vallı  daşqıranlarda  kobud 
xırdalayırlar.  Sonra  həmin  materiallara  əlavələr  və  su  qatıb  kürəli 
dəyirmanlarda, pərli qarışdırıcılarda yaxud xüsusi maşınlarda fasiləsiz 
olaraq  narın  üyüdürlər.  Bu  cür  əldə  edilmiş  kütləni  (50

65  % 
nəmlikli) ələklərdən keçirib şliker alırlar. 
Keramik  kütlənin  şliker  üsulu  ilə  hazırlanması  xammalın 
tərkibində olan daş qatışıqlarını tam kənar etməyə və gilin quruluşunu 
daha çox dağıtmağa imkan verir. Bunun da nəticəsində daha bircinsli 
kütlə alınır. Odur ki, bu üsulla əldə edilmiş şliker kütləsindən tökmə 
üsulu ilə mürəkkəb formalı məmulat hazırlanır.  
Şliker  kütləsindən  fasad  üçün  üzlük  tavacıqlar  (tökmə  üsulu 
ilə), sanitar-texniki məmulat və pres-ovuntu hazırlanır.  

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin