N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə58/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   148
İnşaat Materialları (e-book az)

 
Məmulatın qurudulması 
Qəliblənmiş  keramik  material  və  məmulatları  qurutmaqda 
məqsəd,  onların  nəmliyini  azaltmaq  və  lazımi  möhkəmlik  verməkdir 
(sobaya ötürmək üçün).  
Plastik  qəlibləmə  üsulu  ilə  hazırlanmış  material  və  məmulatı 
18

26 % nəmlikdən taraz nəmliyə yaxın 

 6

10 % nəmliyə qədər qu-
rudurlar.  Məmulatın  həddindən  artıq  qurudulması  iqtisadi  baxımdan 
əlverişli deyildir. Belə ki, belə məmulatı vaqonetlərə doldurub sobaya 
ötürdükdə  o,  havadakı  nəmi  udur.  Bundan  başqa  məmulatın 
möhkəmliyi aşağı düşə də bilər. 
Yarımquru  qəlibləmə  üsulu  ilə hazırlanmış  material və  məmu-
latı  8

12  %  nəmlikdən  1  %  nəmliyə  qədər  (keramika  tavacıqlar  is-
tehsal  etdikdə)  və  kərpic  istehsalı  zamanı  4

6  %  nəmliyə  qədər  qu-
rudurlar.  Bir  sıra  hallarda  yarımquru  qəlibləmə  üsulu  ilə  hazırlanmış 
məmulatların qurudulması prosesini onların sobada bişirilməsi prosesi 
ilə birləşdirirlər.  
Quruma prosesində xarici və daxili diffuziya sürətləri bir-birinə 
yaxın yaxud bərabər olduqda materialda çatlar və digər qüsurlar əmələ 
gəlmir. 
Praktikada  keramik  material  və  məmulatı  qurutmaq  üçün  iki 
üsuldan istifadə edilir: təbii və süni. 
Təbii  üsulla  qurutma  açıq  havada  çardaqların  altında  aparılır. 
Qurutma  müddəti  iqlim  şəraitindən,  havanın  temperaturu  və 
nəmliyindən asılı olaraq 10

15 gün davam edir. 
Keramik  materialların  qurudulmasını  tezləşdirmək  üçün  süni 
qurutma üsullarından geniş istifadə edilir. 
Süni üsulla qurutmada qurutma prosesi təbii üsulla qurutmadan 
fərqli  olaraq  iqlim  şəraitindən  asılı  deyildir.  Bu  üsulda  qurutma 
rejiminə  dəqiq  nəzarət  etmək  və  nizamlamaq  mümkün  olur  və 
qurutma müddəti təbii üsulla qurutmada olduğundan xeyli azdır. 
Süni  üsulla  qurutmada  işlədilən  quruducu  qurğular  dövri  və 
fasiləsiz işləyən olur. Dövri işləyən quruduculara kameralı quruducu, 


 
 
 
 
60 
60 
fasiləsiz  işləyən  quruduculara  isə  tunel  və  konveyer  quruducuları 
aiddir. 
Kameralı  quruducu  qurutma  bloku  ilə  birləşmiş  bir  neçə 
kameradan  ibarətdir.  Qurutma  blokunun  ümumi  bir  isti  hava  gətirən 
və bir işlənmiş qazları (havanı) aparan kanalı olur.  
Qurudulacaq  keramik  material  və  məmulat  ağac  yaxud  metal   
çərçivələrə düzülür və bu çərçivələr kameranın boyuna divarlarındakı 
xüsusi  çıxıntılarda  oturdulur.  Qurutma  üçün  isti  havadan  istifadə 
edilir. Qazgətirən kanalda isti havanın temperaturu 120

150 
0
C  olur. 
Kameralı quruducuda keramik məmulat 60

70 saata qurudulur. 
Tunel  quruducular  kameralı  quruducular  kimi  qurutma  bloku 
şəklində  birləşdirilmiş  olur.  Hər  blok  bir  neçə  tuneldən  ibarət  olub, 
ümumi isti hava gətirən və işlənmiş hava aparan kanalları vardır. 
Tunel  quruducunun  uzunluğu  20

50  m,  eni  0,95

1,60  m  və 
hündürlüyü  1,6

2,0  m  olur.  Hər  tunelin  içərisində  vaqonetlərin 
hərəkəti  üçün  dəmir  yolu  vardır.  Vaqonetlərə  doldurulmuş  qu-
rudulacaq  məmulat  tunelin  bir  başından  daxil  olub,  o  biri  başından 
qurudulmuş halda çıxır. Vaqonetlər ritmik hərəkət edir. Qurutma üçün 
verilən isti hava, adətən, tunelin çıxış tərəfindən daxil olub, tunelin içi 
ilə gələn vaqonetlərlə qarşılaşır. Isti hava tunelə ventilyator vasitəsilə 
verilir və sorulur.   
Tuneldə  vaqonetlərin  hərəkət  sürəti  qurutma  rejimindən  və  tu-
nelin uzunluğundan asılıdır. Əgər tunelə 20 vaqonet yerləşərsə və qu-
rutma  müddəti  20  saata  bərabərdirsə,  hər  saatda  tunelə  bir  vaqonet 
salınmalıdır.  Vaqonetlər  tunelə  xüsusi  itələyici  qurğu  vasitəsilə 
itələnir.   
Tuneldə  vaqonetlərin  hərəkət  sürəti  qurutma  rejimindən  və  tu-
nelin uzunluğundan asılıdır. Əgər tunelə 20 vaqonet yerləşərsə və qu-
rutma  müddəti  20  saata  bərabərdirsə,  hər  saatda  tunelə  bir  vaqonet 
salınmalıdır.  Vaqonetlər  tunelə  xüsusi  itələyici  qurğu  vasitəsilə 
itələnir.   
Adətən, tunel quruducularda keramik material və məmulatların 
qurudulması  120

150 
0
S  temperaturlu  isti  hava  vasitəsilə  aparılır  və 
qurutma müddəti 16

36 saat davam edir. 
Konveyer  quruducularda  rəflərə,  lentlərə,  torlara  yaxud  vaqo-
netlərə yığılmış qurudulacaq material tunel quruduculardan fərqli ola-
raq ritmik deyil, müəyyən sürətlə fasiləsiz hərəkət edir. 


 
 
 
 
61 
61 
Müxtəlif növ keramik tavacıqların istehsalında yeni konvektiv-
radiasiya konveyer quruducusundan geniş istifadə edilir.  

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin