62
62
Soyuyan kərpicin istisindən çiy kərpicin qurudulması üçün
istifadə olunur. Bu məqsədlə qızmış hava soyuma zonasından çiy
kərpic doldurulmuş kameralara verilir.
Həlqəvi sobalarda əksər hallarda bərk yanacaq işlədilir. Ya-
nacağı sobanın tağtavanında olan borucuqlardan birbaşa kameraya
töküb yandırırlar. Təbii qaz yatağı olan yerlərdə qaz yanacağını bila-
vasitə, kameranın içərisində yandırırlar.
Həlqəvi sobalarda bişirmə müddəti 4
5 gün davam edir.
Tunel sobalar daha geniş yayılmışdır. Bu sobaların uzunluğu
60
165 m, eni 1,5
3 m, hündürlüyü isə 1,5
2,8 m-dir. Tunelin içərisi
odadavamlı material ilə hörülmüş olur.
Sobanın işçi kanalı üç zonadan ibarətdir: qızdırma, bişirmə və
soyutma. Vaqonetlərə doldurulmuş bişiriləcək keramik məmulat
əvvəlcə qızdırma zonasına verilir. Burada o, bişirilmə zonasından
gələn tüstü qazları və soyutma zonasından vurulan isti hava ilə
qızdırılır. Sonra vaqonetlər relslər üzrə hərəkət edərək bişirmə zo-
nasına daxil olur. Qızdırılmış keramik məmulat bu zonada yandırılan
yanacağın istiliyi hesabına tam bişirilir. Bişirilmiş məmulat soyutma
zonasına daxil olaraq, tunelin axırından verilən soyuq havanın
hesabına soyuyur.
Kameralı və həlqəvi sobalara nisbətən tunel sobalarda məh-
suldarlıq daha yüksəkdir və belə sobalarda bişirmə rejiminə düzgün
əməl etmək və əmək şəraitini yaxşılaşdırmaq mümkün olur. Tunel
sobalarda keramik material və məmulatın bişirilmə müddəti 40
80
saat davam edir.
Dostları ilə paylaş: