Boşluqlu keramik kərpic və daşları tərkibində yanan əlavələr
olan yaxud həmin əlavələr olmayan asanəriyən gillərdən plastik yaxud
yarımquru qəlibləmə üsulu ilə alırlar. Boşluqlu kərpic və daşlar üçün
istifadə olunan keramik kütlə daha səylə qarışdırılmalı və onun
qəliblənməsi üçün vakuum presindən istifadə olunmalıdır. Kərpic və
daşda boşluqlar (deşiklər) açmaq üçün presin müştüyünə kern deyilən
qurğu keçirilir. Boşluqlar kərpicin və daşın yatağına nisbətən
perpendikulyar yaxud üfqi yerləşdirilir. Onlar dairəvə yaxud
düzbucaqlı formada ola bilər.
Boşluqlu kərpiclər adi (250
120
65 mm), qalınlaşdırılmış
(250
120
88 mm) və modul (288
138
65 mm) ölçülərdə, boşluqlu
daşlar isə adi (250
120
138 mm), modul (288
138
138 mm) və iri-
ləşdirilmiş (250
250
138 mm) ölçülərdə buraxılır.
Boşluqlu kərpic və daşların sıxlığı 1400
1600 kq/m
3
, markaları
isə adi gil kərpicində olduğu kimidir. Onlardan yükdaşıyan xarici və
daxili divarlarda, arakəsmələrdə, bina və tikililərin digər hissələrində
istifadə olunur. Göstərilən kərpic və daşlardan bünövrələrdə,
kürsülərdə və nəmliyi çox olan otaqların divarlarında istifadə etmək
məsləhət görülmür.
Yüngül inşaat kərpici və daşları diatomit və trepeldən (bəzən
onların gil ilə qarışığından) yaxud gilin yanan materiallarla
qarışığından hazırlanır, plastik yaxud yarımquru qəlibləmə üsulu ilə
istehsal edilir və üç ölçüdə buraxılır: 1) yüngül inşaat kərpici
250
120
65 mm və 250
120
88 mm ölçülərində; 2) yüngül inşaat daşı
250
120
138 mm ölçüsündə. Sıxlığına görə yüngül inşaat kər-
pici və daşları üç sinifdə istehsal edilir:A sinfi
sıxlığı 700
1000
kq/m
3
, B sinfi
1001
1300 kq/m
3
və C sinfi
1301
1450 kq/m
3
.
Yüngül inşaat kərpici və daşlarının beş markası vardır: 200, 150, 125,
100 və 75. Kərpic və daşların kütləsinə görə suhopması 8 %-dən az
olmamalıdır. Şaxtayadavamlılığına görə markaları F 15, F 25, F 35-
dir.
70
70
Trepel və diatomitdən olan kərpic və daşlardan quru, normal və
nəm rejimli bina və tikililərin xarici və daxili divar hörgülərində
istifadə olunur.