N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə69/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   148
İnşaat Materialları (e-book az)

Fasad tavacıqları bişirdikdə ağ rəng əldə edən gillərdən yaxud 
rəngli  gillərdən  hazırlanır.  Tavacıqları  iki  üsulla  istehsal  edirlər: 
yarımquru presləmə və tökmə üsulu. Preslənmiş fasad tavacıqlarından 
panel  və  iri  blokların  xarici  səthlərinin,  kərpic  binaların  xarici 
divarlarının,  kürsülərin,  löcilərin,  erkerlərin  və  binaların  digər 
elementlərinin, yeraltı piyada və nəqliyyat keçidlərinin üzlənməsində 


 
 
 
 
71 
71 
istifadə  edilir.  Tökmə  üsulu  ilə  istehsal  edilmiş  tavacıqlar  yaşayış, 
ictimai  və  sənaye  binalarının  xarici  və  daxili  divarlarına,  sütunlarına 
və digər elementlərinə bəzək  vurmada tətbiq edilir. Bu tavacıqlardan 
kürsülərin və karnizlərin üzlənməsində istifadə etməyə yol verilmir. 
Fasad tavacıqları müxtəlif faktura, rəng və ölçülərdə hazırlanır. 
Ən çox yayılmış və presləmə üsulu ilə hazırlanan fasad tavacıqlarının 
ölçüləri  aşağıdakılardır:  250

140

10,  213

107

10,  150

75

7, 
120

65

7, 125

60

7, 48

48

4, 46

46

4 mm  və s.  Tökmə üsulu ilə 
istehsal  olunmuş  tavacıqlar  tərəflərinin  ölçüləri  21,  46,  71,  96,  121 
mm və qalınlığı 3

3,5 mm olan kvadrat və düzbucaqlı formada olur. 
Fasad  tavacıqlarının  əsas  göstəricilərindən  biri  onların  şaxta-
yadavamlılığıdır.  Şaxtayadaıvamlılığına  görə  bu  tavacıqlar  iki  mar-
kada olur: F 35 və F 25. Havasının orta aylıq temperaturu (qış zamanı) 

15
0
S-dən aşağı olan rayonlarda şaxtayadavamlılığına görə markası F 
35-dən az olmayan fasad tavacıqlarından istifadə edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin