Turşuyadavamlı borular yüksək möhkəmliyə və sıxlığa ma-
likdir. Onların sıxılmada möhkəmlik həddi 30
40 MPa, turşuyada-
vamlılığı 97
98 % və suhopması 3
5 %-dir. Bu boruların hazırlanma
texnologiyası kanalizasiya borularınkı kimidir. Iki növdə istehsal
edilir: I və II növ. Turşuyadavamlı borulardan üzvi və qeyri-üzvi
turşuların, qazların nəql edilməsində (0,3 MPa təzyiqə qədər) istifadə
edilir.
Odadavamlı keramik materiallar Odadavamlığı 1580
0
S-dən yüksək olan materiallara odadavam- lı materiallar deylir. Onlara qarşı bir sıra tələblər irəli sürülür: oda-
76
76
davamlılıq, möhkəmlilik, xüsusən, yüksək temperatur zamanı qaz-
keçirməzlik, qələvilərə davamlılıq, həcm və formasını dəyişməmək.
Tikintidə silisiumlu və alümosilikatlı odadavamlı materiallar
daha geniş tətbiq edilir.