Silisiumlu odadavamlı materialların iki növü vardır: kvars
şüşəsi və dinas.
Kvars şüşəsi tökmə üsulu ilə tərkibində SiO
2
-nin miqdarı 99
%-dən az olmayan əridilmiş kvarsdan hazırlanır. Istiliyə və turşuya
davamlılığı yaxşıdır. Kvars şüşəsindən kimyəvi aparatların isteh-
salında istifadə edilir.
Dinas odadavamlı materiallar kvars xammalını (üyüdülmüş
kvars qumunu, marşalliti) əhəng yaxud digər yapışdırıcı ilə birlikdə
870
0
S-dən yüksək temperaturda bişirməklə hazırlanır. Tərkibində
SiO
2
-nin miqdarı 93 %-dən az deyildir. Odadavamlılığı 1600
1770
0
S-dir. Dinasdan poladəritmə və koks sobalarının tağ-tavanlarının
hörgüsündə istifadə edilir.