N. M. AĞABƏyli


Xüsusi təyinatlı keramik kərpiclər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə80/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   148
İnşaat Materialları (e-book az)

Xüsusi təyinatlı keramik kərpiclər 
 


 
 
 
 
77 
77 
Bu  qrupdan  olan  materiallara,  başlıca  olaraq,  lekal  və  yol 
kərpicləri  aiddir.  Bu  materialların  möhkəmliyinə,  şaxtayadavamlılı-
ğına, sürtülməsinə və zərbəyə müqavimətinə görə yüksək tələblər irəli 
sürülür.  
Lekal kərpici plastik qəlibləmə üsulu ilə istehsal olunan adi gil 
kərpici  kimi  istehsal  edilir.  Onun  uzunluğu  80

225  mm,  əyrilik  ra-
diusu isə 850

1500 mm olur. Sıxılmada möhkəmlik həddinə görə le-
kal kərpicinin markaları 100, 125 və 150-dir. Onun suhopması    8 %-
dən  və  şaxtayadavamlılığı  F  15-dən  az  deyildir.  Lekal  kərpicindən 
istismar  temperaturu  700 
0
S-yə  qədər  olan  tüstü  borularının  hör-
güsündə və eləcə də onların daxildən üzlənməsində istifadə edilir. 
Yol kərpici çətin əriyən gillərin tamamilə saxsılaşma tempera-
turuna  kimi  bişirilməsindən  alınır.  Buna  görə  bu  kərpic  çox  sıx  olur. 
Sıxlığı  1900

2100  kq/m
3
-dur.  Yol  kərpici  220

110

65  mm  ölçüdə 
istehsal  edilir.  Sıxılmada  möhkəmlik  həddinə  görə  markaları  1000, 
600  və  400-dür.  Suhopması  müvafiq  olaraq  2,  4  və  6  %-dən  çox 
olmamalıdır.  Yol  kərpici  düzgün  formalı  və  bir  bərabərdə  bişirilmiş 
olmalı,  50

100  dəfə  dondurulub,  suda  donu  açılmağa  davam 
gətirməlidir. 
Yol kərpici, başlıca olaraq, yollara, küçələrə, həyətlərə döşəmək 
üçün,  habelə  kanalizasiya  kollektorlarını  hörmək  və  kanalların 
divarlarına üz çəkmək üçün işlədilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin