Istilik xassələri. Şüşənin istilik xassələri istilik tutumu, isti-
likkeçirmə, termik genişlənmə və termik davamlılıqla xarakterizə olu-
nur.
Şüşənin istilik tutumu 0,3
1,1 kC/(kq
0
S) həddi daxilində dəyi-
şir. Temperatur və şüşənin tərkibində yüngül metal oksidlərinin miq-
darı artdıqca istilik tutumu artır.
Adi şüşələrin istilikkeçirməsi (0
100
0
S temperatur intervalın-
da) 0,4
0,88 Vt/(m
0
S) -dir. Kvars şüşələri ən çox istilikkeçirən [1,34
Vt/(m
0
S)], tərkibində qələvi oksidləri olan şüşələr isə ən az isti-
likkeçirən olur.
Şüşələrin termik genişlənməsi onların kimyəvi tərkibindən ası-
lıdır. Adi inşaat şüşələrinin temperaturdan xətti genişlənmə əmsalı
(9
10)
10
-6 0
S
-1
-dir. Şüşənin tərkibində qələvi metal oksidlərinin
miqdarı artdıqca bu əmsalın qiyməti artır. Kvars şüşəsi ən kiçik
temperaturdan xətti genişlənmə əmsalına malikdir
5
10
-7
0
S
-1
-dir.
Şüşələrin termik davamlılığı onların istilik xassələri, eləcə də
məmulatın forma və ölçüləri ilə müəyyən olunur.