Kimyəvi davamlılıq. Şüşə yüksək kimyəvi davamlılığa ma-
likdir. Silikat şüşələri turşuların (flüorid və fosfat turşularından başqa)
təsirinə davamlıdır. Bu şüşələrin kimyəvi davamlılığı aqressiv mühitin
(suyun, turşu və duz məhlullarının) təsirindən onların səthində
mühafizəedici qatın
SiO
2
nH
2
O-nun əmələ gəlməsidir. Qələvi
məhlulları və hətta təmiz su şüşəni tədricən dağıdır. Temperatur və
təzyiq artdıqca suyun dağıdıcı təsiri artır.
Şüşə material və məmulatlar Müasir tikintidə aşağıda göstərilən şüşə materiallarından geniş
istifadə edilir.
Pəncərə şüşəsi. Qalınlığına görə pəncərə şüşəsinin altı markası
vardır: 2; 2,5; 3; 4; 5 və 6 mm. Şüşə təbəqələrinin eni 250
1600 mm
və uzunluğu 250
2200 mm olur. 1 m
2
şüşə təbəqəsinin kütləsi 2
5 kq-
dır. Şüşə şəffaf olmalıdır. Lakin onda azacıq göyümtül yaxud
yaşılımtıl çalarlığın olmasına yol verilir. Şüşənin işıqburaxması
qalınlığından asılı olaraq 85
90 %-dir.