Tablanmış şüşələr yüksək möhkəmlikli olub, şüşənin tablama
temperaturuna qədər (540
650
0
S) qızdırılmasından və sonra tez,
müntəzəm soyudulmasından alınır. Bu cür şüşənin zərbəyə qarşı
müqaviməti adi şüşəyə nisbətən 5
8 dəfə çox olur. Tikintidə
tablanmış şüşədən şüşə qapıların hazırlanmasında, vitrinlərin
şüşələnməsində və arakəsmələrdə tətbiq edilir.
Istidən mühafizə şüşəsi almaq üçün şüşənin səthini nazik
(0,3
1 mkm qalınlığında) metal pərdələrlə örtürlər. Bu cür şüşənin
səthi yüksək şüa qaytarma qabiliyyətinə malikdir. Şüşənin metal pərdə
çəkilmiş səthi küçəyə yönəldilir və müxtəlif rəngli (qızılı, göyümtül,
narıncı) olur. Örtük materialı kimi çox nazik qızıl və mis pərdələr,
nikel-xrom örtüyü və s. metal oksidləri təbəqəsi işlədilir. Üzəri bu cür
pərdələrlə örtülmüş şüşələrin işıqburaxması 30
70 %-dir. Istidən
mühafizə şüşələri infraqırmızı şüaların çox hissəsini udmadığından
(qaytardığından) onlar demək olar ki qızmır.