Profilli şüşə. Şüşə kütləsinin üfqi yayma dəzgahında fasiləsiz
lent formasında qəliblənməsindən alınır. Onuneninə kəsiyi müxtəlif
formada olur. Profilli şüşə rəngli və rəngsiz istehsal edilir. Şveller
kəsikli profilli şüşənin uzunluğu 4,2 m-ə qədər, eni 244
294 mm və
hündürlüyü 35
50 mm olur. Bu ölçülər düzbucaqlı kəsikli profilli şüşə
üçün müvafiq olaraq, 6 m-ə qədər, 244
294 mm və 50
55 mm-dir.
Şüşələrin qalınlığı 5,5 mm-dir. 1 m şveller kəsikli profilli şüşənin
kütləsi 5
6 kq, düzbucaqlı kəsikli şüşəninki isə 9
10,5 kq-dır.
Qapalı kəsikli (düzbucaq, üçbucaq və s. kəsikli) profilli şüşə
yüksək istilik və səs izolyasiya xassələrinə malikdir.Belə şüşənin isti-
likkeçirmə əmsalı 2,2
2,9 Vt/(m
0
S)-dir. Düzbucaqlı kəsikli profilli
şüşənin əyilmədə möhkəmlik həddi 9 MPa, şveller kəsikli şüşəninki
isə 17 MPa-dır. Profilli şüşənin işıqburaxması 40
83 %-dir. Profilli
şüşələr armaturlu və armatursuz olur.
Profilli şüşələrdən sənaye, mülki və kənd təsərrüfatı tikintilərin-
də işıqburaxan şəffaf hasarların, yükdaşıyan divarların hazırlan-
masında istifadə edilir.