N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə103/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   99   100   101   102   103   104   105   106   ...   148
İnşaat Materialları (e-book az)

  Həqiqi  sıxlıq.  Gips  yapışdırıcı  maddələrin  həqiqi  sıxlığı 
2600

2750  kq/m
3
  həddi  daxilində  dəyişir.  Təmiz  inşaat  gipsinin 
həqiqi  sıxlığı    2670

2680,  yüksəkmöhkəmlikli  gipsinki  isə 
2720

2730 kq/m
3
-dur.  

 Sıxlıq. Gipsin sıxlaşdırılmamış halda tökmə sıxlığı 800

1100, 
sıxlaşdırılmış halda isə 1250

1450 kq/m
3
-dur. 

  Üyüdülmə  narınlığı.  Gips  yapışdırıcı  maddələrin  su  tələ-
batına,  möhkəmliyinə  və  bəzi  xassələrinə,  onların  üyüdülmə  na-
rınlığının böyük təsiri vardır. Standarta əsasən üyüdülmə narınlığı 02 
№-li ələkdə qalan qalığın %-lə miqdarına görə qiymətləndirilir.  

  Su  tələbatı.  Yarımsulu  gipsin  hidratasiyası  üçün  nəzəri  su-
rətdə  18,6  %  (kütləyə  görə)  su  lazımdır.  Lakin  təcrübədə  normal 


 
 
 
 
97 
97 
qatılıqlı inşaat gipsi xəmiri almaq üçün 50

70 %, yüksəkmöhkəmlikli 
gips xəmiri almaq üçün isə 35

45 % su götürülür. Bunun nəticəsində 
bərkimiş  gips  yüksək  məsaməlilikli  olur.  Gipsə  qatılan  suyun 
miqdarının artırılması, onun möhkəmliyinin azalmasına səbəb olur. 
Gipsin üyüdülmə narınlığı artdıqca onun su tələbatı da artır. 
Gipsə,  onun  kütləsinin  0,1

0,3  %-i  qədər  tutmanı  ləngidən 
(əhəng,  yapışqanlı  su,  suda  həll  olan  polimerlər  və  s.)  əlavələr  qat-
maqla su tələbatını xeyli azaltmaq olur. 

 Tutma müddəti. Inşaat və yüksək möhkəmlikli gipslər tez tu-
tan  yapışdırıcı  maddələrdir.  Gips  yapışdırıcı  maddələr  tutma  müd-
dətinə görə üç növə bölünür: tez bərkiyən 

 tutmasının başlanğıcı tezi 
2 dəq., tutmasının sonu geci 15 dəq.; normal bərkiyən  

 tutmasının 
başlanğıcı tezi 6 dəq., tutmasının sonu geci 30 dəq.; yavaş bərkiyən 

 
tutmasının  başlanğıcı tezi 30  dəq.,  tutmasının  sonu  isə  normalaşdırıl-
mır.   
Yarımsulu gipsin tez tutması, əksər hallarda, onun müsbət xas-
səsidir  və  bu  xassə  məmulatı  qəliblərdən  tez  çıxarmağa  imkan  ve-
rir.Lakin  bəzi  hallarda  gipsin  tez  tutması  xoşa  gəlməzdir.  Belə  ki, 
çoxlu miqdarda gipsi su ilə qarışdırmaq mümkün olmur. Gipsin tutma 
müddətini  nizamlamaq  (tezləşdirmək  və  ləngitmək)  üçün  ona  su  ilə 
birlikdə müxtəlif əlavələr qatılır. 

 Möhkəmlik. Gips yapışdırıcı maddələrin möhkəmliyi normal 
qatılıqlı  gips  xəmirindən  hazırlanmış  40

40

160  mm  ölçülü  prizma 
formalı nümunələri sınamaqla təyin edilir. Nümunələr hazırlandıqdan 
2  saat  sonra  əvvəlcə  əyilməyə,  sonra  isə  sıxılmaya  (sındırılmış  tircik 
parçalarını) sınayırlar. 
Cədvəl  5.  1-də  müxtəlif  markalı  gips  yapışdırıcı  maddələrin 
möhkəmlikləri verilmişdir.   

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin