N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə106/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   102   103   104   105   106   107   108   109   ...   148
İnşaat Materialları (e-book az)

 
§ 3. Maqnezial yapışdırıcı maddələr 
Maqnezial  yapışdırıcı  maddələrə  kaustik  maqnezit  və  kaustik 
dolomit  aiddir.  Onları  istehsal  etmək  üçün  xammal  olaraq  maqnezit 
(MgCO
3
) və dolomitdən (CaCO
3

MgCO
3
) istifadə edilir. 
Maqnezial  yapışdırıcı  maddələr  digər  mineral  yapışdırıcı 
maddələrdən fərqli olaraq, su ilə deyil bəzi duzların sulu məhlulları ilə 
qarışdırılır. 
 
Kaustik maqnezit 
Kaustik  maqneziti  (MgO)  istehsal  etmək  üçün  xammal  olaraq 
maqnezitdən  istifadə  edilir.  Onun  istehsalı  maqnezitin  xırdalanma-
sından,  yandırılmasından  və  üyüdülməsindən  ibarətdir.  Maqnezit 
700

800 
0
S  temperaturda  yandırılır.  Bu  zaman  o,  aşağıdakı  reaksiya 
üzrə parçalanır: 
MgCO
3
 = MgO + CO
2

1  kq  MgCO
3
  parçalamaq  üçün  1440  kC  istilik  lazımdır.  Maq-
nezit  şaxta  yaxud  fırlanan  sobalarda  yandırılır.  Yandırılmış  material 
kürəli  dəyirmanda  üyüdülür.  Üyüdülmüş  kaustik  maqneziti  02  №-li 
ələkdən keçirdikdə alınan qalıq 5 %-dən, 008 №-li ələkdən keçirdikdə 
isə 25 %-dən çox olmamalıdır. 
Kaustik  maqnezit  ağ  və  ya  sarımtıl  rəngli  tozdur.  Onun  həqiqi 
sıxlığı 3100

3400, tökmə sıxlığı isə 700

850 kq/m
3
-dur.  
Kaustik  maqneziti  su  ilə  qarışdırdıqda  bərkimə  prosesi  yavaş 
gedir  və  yapışdırıcı  az  möhkəmlik  əldə  edir.  Lakin  onu  maqnezium-
xlorid  (MgCl
2

6H
2
O)  və  maqnezium-sulfat (MgSO
4

7H
2
O)  duzlarının 
sulu  məhlulları  ilə  qarışdırdıqda  bərkimə  sürətlə  gedir.  Buna  səbəb 
MgO-nin    həmin  duzların  məhlullarında  yüksək  dərəcədə  həll 
olmasıdır. 
Maqnezium-xlorid və maqnezium-sulfatdan başqa, natrium-hid-
rosulfat,  sink-xlorid,  dəmir-sulfat,  5

15  %-li  sulfat  və  xlorid  tur-
şularından da istifadə etmək mümkündür.  
Kaustik  maqnezit  tezbərkiyən  yapışdırıcı  maddədir.  Onun  tut-
masının başlanğıcı tezi 20 dəqiqə, tutmasının sonu isə geci 6 saatdır. 
Kaustik  maqneziti  MgCl
2
  məhlulu  ilə  qarışdırdıqda  plastik  qatılıqlı 


 
 
 
 
102 
102 
xəmirdən  hazırlanan  nümunələrin  24  saatdan  sonra  dartılmada 
möhkəmlik həddi 1,5 MPa, 28 gündən sonra isə 3,5

4,5 MPa olur. 1:3 
nisbətli məhluldan döyəclənib sıxlaşdırmaqla hazırlanmış nümunələrin 
28  gün  havada  bərkidikdən  sonra  sıxılmada  möhkəmlik  həddi  40

60 
MPa  olmuşdur.  Xammal  materialları  yüksək  keyfiyyətli  olduqda  nü-
munələrin möhkəmliyi 80

100 MPa-a çatır. 
Kaustik maşqnezitdən tikişsiz ksilolit döşəmələr, fibrolit tavalar 
hazırlanır. 
 
Kaustik dolomit 
Kaustik  dolomitin  istehsalında  xammal  olaraq,  dolomitdən 
(CaCO
3

MgCO
3
)  istifadə  edilir.  Dolomit  maqnezitə  nisbətən  təbiətdə 
daha  geniş  yayılmışdır.  Məlum  olduğu  kimi  MgCO
3
  daha  alçaq 
temperaturda,  yəni  550
0
S-də,  CaCO
3
  isə  ancaq  910
0
S  -də  parçalanır. 
Bu  haldan  istifadə  edərək  xammalı  orta  temperaturda,  yəni  650

750 
0
S  temperaturda  yandırdıqda  MgCO
3
  parçalanaraq  maqnezium  oksidi 
və karbon qazı alınır, CaCO
3
 isə parçalanmamış qalır: 
CaCO
3

MgCO
3
 = MgO

CaCO
3
 + CO
2

Beləliklə,  dolomitin  yandırılmasından  kaustik  maqnezitlə 
kalsium-karbonatın qarışığı alınır ki, buna da kaustik dolomit deyilir. 
Dolomiti  müxtəlif  temperaturda  yandırdıqda  müxtəlif  mate-
riallar alınır.650

750 
0
S temperaturda kaustik dolomit, 750

850 
0
S-də 

 dolomit sementi, 900

1000 
0
S-də 

 dolomit əhəngi və 1400

1500 
0
S-də odadavamlı material alınır. 
Kaustik  dolomitin  tərkibində  MgO-nin  miqdarı  15  %-dən  az, 
sərbəst CaO-nin miqdarı isə 2,5 %-dən çox olmamalıdır. 
Üyüdülmüş kaustik dolomiti 02 №-li ələkdən keçirtdikdə alınan 
qalıq  5  %-dən,  008  №-li  ələkdən  keçirtdikdə  isə  25  %-dən  çox 
olmamalıdır.  Onu  MgCl
2
  və  MgSO
4
  duzlarının  sulu  məhlulları  ilə 
qarışdırırlar.  Tutması  və  bərkiməsi  kaustik  maqnezitinki  kimidir. 
Həqiqi  sıxlığı  2780

2850  kq/m
3
-dur.  Tökmə  sıxlığı  1050

1100 
kq/m
3
-dur. Otaq temperaturunda tutmasının başlanğıcı tezi 3

10 saat, 
tutmasının sonu isə geci 8

20 saatdır. 
Kaustik  dolomitin  möhkəmliyi  kaustik  maqnezitin  möhkəmli-
yindən  azdır.  Kaustik  dolomitdən  1:3  nisbətində  hazırlanmış  və 


 
 
 
 
103 
103 
havada  bərkimiş  nümunələrin  28  gündən  sonra sıxılmada  möhkəmlik 
həddi 10

30 MPa-dır.  
Kaustik  dolomit  kaustik  maqnezitlə  yanaşı  fibrolit  və  ksilolit 
tavaların,  ksilolit  döşəmələrin,  istilik-izolyasiya  materiallarının 
hazırlanmasında və s. yerlərdə işlədilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin