106
106
Sobadan çıxarılmış sönməmiş əhəngi anbara vaqonetlərlə yaxud
lentli konveyerlərlə daşıyırlar. Əhəngi mexanikləşdirilmiş bunker və
ya silos tipli anbarlarda saxlayırlar.
Sönməmiş əhəng xüsusi avadanlıqlı avtomaşınlarla, vaqonlarla
və digər növ nəqliyyat vasitələri ilə daşınır. Daşınma və saxlanma
zamanı əhəng nəmlənməkdən qorunmalıdır.
Hidrat əhəng və əhəng xəmiri
Sönməmiş əhəngi tikintidə işlətməzdən qabaq onu üyütmək və
ya söndürüb hidrat əhəng yaxud əhəng xəmiri halına salmaq lazımdır.
Dostları ilə paylaş: