Hidrat əhəng. Hava əhəngi digər yapışdırıcılardan fərqli olaraq
toz halına təkcə üyüdülməklə deyil, həm də su ilə söndürülməklə də
gətirilir.
Əhəngin sönməsi. Əhəngin su ilə qarşılıqlı təsiri prosesi əhəngin
sönməsi adlanır. Sönmə zamanı əhəngin əsas tərkibi olan CaO su ilə
birləşərək Ca(OH)
2
-yə çevrilir:
CaO + H
2
O = Ca(OH)
2
+ 65,5 kC.
Əhəngin sönməsi ekzotermik reaksiya üzrə getdiyindən çoxlu
istilik ayrılır. 1 q/mol CaO 65,5 kC, 1 kq sönməmiş əhəng isə 1160 kC
istilik ayırır.
Zavodlarda əhəngi əhəngsöndürən maşınlarda söndürürlər.
Əhəngin mexaniki üsulla söndürülməsi sönmə prosesini sürətləndirir
və sönmüş əhəngin keyfiyyətini yaxşılaşdırır. Kiçik tikinti mey-
dançalarında əhəngi əvvəlcə qutuda söndürür, sonra isə alınmış əhəng
xəmirini ələkdən keçirərək quyuya tökürlər. Quyuya tökülmüş əhəng
xəmiri azı iki həftə saxlanılmalıdır. Bu vaxt ərzində əhəngin
tərkibində olan ən xırda sönməmiş hissəciklər belə sönür.
Hidrat əhəngi istehsal etmək üçün kəsək halında olan sönməmiş
əhəngi daşqıran maşında 5
10 mm-ə qədər ölçülərdə xırdalayır, sonra
isə xüsusi maşınlarda
hidratorlarda söndürərək toz halına salırlar.
Sönmə zamanı ayrılan istilik və su buxarı əhəngi daha narın toz halına
salır. Bu halda əhəngin həcmi 2
3,5 dəfə artır.