N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə105/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   101   102   103   104   105   106   107   108   ...   148
İnşaat Materialları (e-book az)

  Gipsin  tətbiq  sahələri.  Tikintidə  gips  yapışdırıcı  maddə-
lərdən  geniş  istifadə  edilməkdədir.  Onlardan  arakəsmə  tava  və 
panelləri,  bloklar,  istilik  və  səs  izoldyasiya  tavaları,  köpüklü  beton 
məmulatları,  quru  suvaq  və  digər  məmulatlar  hazırlanır.  Gipsdən, 
həmçinin  suvaq  işlərində,  aralıqların  doldurulmasında  da  istifadə 
edilir. Tikintidə, başlıca olaraq, Q-2

Q-7 markalı gips tətbiq edilir. 
 
 
Anhidrit sementi 
 
Anhidrit sementi ikisulu gips daşından və ya anhidritdən alınır.  
Anhidrit  sementini  ikisulu  gips  daşından  istehsal  etdikdə  daş 
600

750 
0
S temperaturda yandırılır və aktivləşdirici mineral əlavələrlə 
birlikdə  narın  üyüdülür.  Aktivləşdirici  əlavə  olaraq  müxtəlif  sulfat 
duzları (Na
2
SO
4, 
NaHSO
4
, K
2
SO
4
, FeSO
4
 və s.) və tərkibində bir qədər 
sərbəst  əhəng  olan  materiallar  (domna  posası,  əhəng,  dolomit  və  s.) 
istifadə edilir.  Hazırda aktivləşdirici əlavə olaraq əhəngdən daha çox 
istifadə edilir. 
Anhidrit  sementinin  istehsalı  aşağıdakı  texnoloji  proseslərdən 
ibarətdir:  gips  daşının  xırdalanması,  yandırılması  və  aktivləşdirici 
əlavələrlə birlikdə üyüdülməsi.
 
 


 
 
 
 
99 
99 
Gips  daşını  çənəli  daşqıranda  xırdaladıqdan  sonra  onu  şaxta 
yaxud  fırlanan  sobada  600

750 
0
S  temperaturda  yandırırlar.  Yandı-
rılma  temperaturu  daha  yüksək  olarsa,  onda  yandırılmış  məhsulda 
sərbəst  əhəng  əmələ  gələ  bilər  və  bunun  da  nəticəsində  sementin 
möhkəmliyi  bir  qədər  azalar.  Odur  ki,  xammmalı  sobanın  maksimal 
temperatur  zonasında  3

4  saatdan  artıq  yandırmırlar.  Yandırılmış 
anhidriti aktivləşdirici əlavə ilə birlikdə kürəli dəyirmanda üyüdürlər. 
Anhidrit  sementininin  istehsalında  təbii  anhidritdən  istifadə 
etlikdə  texnoloji  proses  sadələşir.  Bu  halda  anhidriti  170

180 
0

temperaturda  qurudur,  xırdalayır  və  aktivləşdirici  əlavə  ilə  birlikdə 
üyüdürlər. 
Anhidrit 
sementinin 
həqiqi  sıxlığı  2800

2900 
kq/m
3

sıxlaşdırılmamış  halda  tökmə  sıxlığı  850

1100,  sıxlaşdırılmış  halda 
isə 1200

1500 kq/m
3
-dur. Normal qatılıqlı sement xəmir almaq üçün 
30

35  %  su  götürülür.  Bu  sementin  tutmasının  başlanğıcı  30  dəqi-
qədən  tez,  tutmasının  sonu  isə  24  saatdan  gec  olmamalıdır.  Adətən, 
anhidrit  sementinin  tutmasının  başlanğıcı  40

80  dəqiqə,  tutmasının 
sonu isə 2

12 saat olur.  
50, 100, 150 və 200 markalı anhidrit semeti istehsal edilir. Mar-
ka,  1:3  nisbətində  bərk  qatılıqlı  məhluldan  hazırlanmış  kub 
nümunələrin sıxılmada möhkəmlik həddinə əsasən müəyyən edilir. 
Anhidrit  sementindən  tikişsiz  döşəmələrin  düzəldilməsində, 
hörgü və suvaq məhlullarının hazırlanmasında, betonlarda, habelə süni 
mərmərlərin istehsalında istifadə edilir. 
 
Estrix (döşəmə) gipsi 
Yüksək  temperaturda  yandırılan  gips  yaxud  estrix  (döşəmə) 
gips gips daşının 800

950 
0
S temperaturda yandırılıb üyüdülməsindən 
alınan  yapışdırıcı  maddədir.  Bu  halda  gips  daşı  tam  susuzlaşaraq 
CaSO
4
-ə  çevrilir.  Anhidrit  sementindən  fərqli  olaraq,  bu  yapışdırıcı 
maddə  aktivləşdirici  əlavə  edilmədən  bərkiyir.  Belə  ki,  həmin 
temperaturda  CaSO
4
-ün  bir  hissəsi  aşağıda  göstərilən  reaksiya  üzrə 
parçalanaraq, CaO əmələ gətirir: 
2CaSO
4
= 2CaO+2CO
2
+O
2



 
 
 
 
100 
100 
Burada  əmələ  gələn  əhəng  (CaO)  özü  anhidritin  bərkiməsində 
aktivləşdirici  vəzifəsini  görür.  CaO-in  miqdarı  2

4  %-dən  çox 
olmamalıdır. 
Estrix  gipsin  tutmasının  başlanğıcı  2  saat,  tutmasının  sonu  isə 
normalaşdırılmır.  Bu  gipsin  tökmə  sıxlığı  900

1100,  sıxlaşdırılmış 
halda sıxlığı isə 1300

1700 kq/m
3
-dur. Su tələbatı 30

35 %-dir. Estrix 
gipsin 
sıxılmada 
möhkəmlik 
həddinə 
görə 
markaları              
(70,7

70,7

70,7  mm  ölçülü  kub  nümunələrin  28  gündən  sonra 
sıxılmada möhkəmlik həddi) 

 100, 150 və 200-dür.  
Bütün  gips  yapışdırıcı  maddələr  içərisində  estrix  gips  daha 
yüksək  suya  və  şaxtayadavamlı  yapışdırıcı  maddədir.  Lakin  bununla 
belə o, havada bərkiyən yapışdırıcı maddədir. 
Estrix  gips  döşəmələrin,  hörgü  və  suvaq  məhlullarının,  habelə 
süni mərmər məmulatların hazırlanmasında tətbiq edilir. 
 
Gəc 
Zaqafqaziya və Orta Asiya respublikalarında qədim zamanlardan 
bəri hörgü və suvaq işlərində gəc adlanan yapışdırıcı maddədən istifadə 
edilir. 
Təbii  gəc  gips  daşı,  gil  və  qumdan  ibarətdir.  Bunlardan  əlavə 
gəcdə  mexaniki  qatışıq  olaraq,  çınqıl  və  daş  qırıntıları  olur.  Gəcdə 
gips  daşının  miqdarı  30

75  %  və  daha  çox  ola  bilər.  Təbii  gəc  açıq 
sarı rəngli, yumşaq süxurdur. 
Təbii  gəc  çıxarıldıqdan  sonra  ələkdən  keçirilərək  çınqıl  və 
başqa daş qırıntılarından təmizlənir. Bu qayda ilə hazırlanmış təbii gəc 
çox  zaman  fırlanan  sobada  200

250 
0
S  temperaturda  yandırılır.  Gəc 
yandırıldıqdan sonra kifayət qədər narın toz halına düşdüyündən, onun 
üyüdülməsinə ehtiyac qalmır. 
Azərbaycanın  bir  sıra  rayonlarında,  xüsusilə  Gəncə  və  Şəmkir 
rayonlarında böyük təbii gəc yataqları vardır. 
Gəcin sıxılmada möhkəmlik həddi 6

8 MPa olur. Onun tutma-
sının başlanğıcı 5 dəqiqədən tez, tutmasının sonu isə 60 dəqiqədən gec 
olmamalıdır. 
Inşaat  gəci  divar  hörgüsündə,  daxili  və  xarici  suvaq  məhlul-
larında,  gəc məmulatlarının  hazırlanmasında istifadə edilir.    


 
 
 
 
101 
101 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin