§ 4. Maye şüşə və turşuyadavamlı sement
Maye şüşə
Üyüdülmüş kvars qumu (SiO
2
) ilə sodanın (Na
2
CO
3
), potaşın
(K
2
CO
3
) yaxud natrium -sulfatın qarışığından ibarət olan şixtanın
şüşəəridən sobada 1300
1400
0
S temperaturda 7
10 saat müddətində
əridilməsindən alınan kütləyə maye şüşə deyilir. Sobada qum ilə soda
arasında, yaxud qum ilə potaş arasında aşağıdakı reaksiyalar gedir:
Na
2
CO
3
+ mSiO
2
= Na
2
O
mSiO
2
+ CO
2
,
K
2
CO
3
+ mSiO
2
= K
2
O
mSiO
2
+CO
2
.
Kvars qumunu natrium-sulfatla birlikdə əritdikdə şixtaya
hökmən kömür qatılır. Kömür natrium-sulfatı reduksiya edib, natrium-
sulfitə çevirir ki, o da SiO
2
ilə tam reaksiyaya girir:
2Na
2
SO
4
+ mSiO
2
+ C = 2Na
2
O
mSiO
2
+ 2SO
2
+ CO
2
.
Beləliklə, maye şüşə suda həll olan natrium yaxud kalium si-
likatdır. Çox zaman natrium əsaslı maye şüşə işlədilir, çünki soda və
natrium-sulfat potaşa nisbətən daha ucuz və tapılan materiallardır.
Əridilmiş kütlə sobadan çıxarıldıqdan sonra soyudulur. So-
yudulma həm hava ilə, həm də su ilə aparıla bilər. Silikat ərintisini
havada soyutduqda iri silikat parçaları, suda soyutduqda isə xırda
silikat dənələri alınır.
Silikat parçaları (dənələri) adi şəraitdə suda həll olmur. Onları
həll etmək üçün avtoklav yaxud qeyri-avtoklav üsulundan istifadə
edilir. Avtoklav üsulu daha geniş yayılmışdır. Bu üsulda silikat
parçaları avtoklava doldurularaq 0,6
0,8 MPa təzyiq altında
buxarlandırılır (150
0
S temperaturda). Buxarın təsirindən silikat
parçaları yenidən əriyir və bununla maye şüşə alınır. Silikat dənələri
qeyri-avtoklav üsulla, normal atmosfer təzyiqində, xüsusi aparatda
90
100
0
S temperaturlu su ilə maye şüşəyə çevrilir.
104
104
Maye şüşə kolloid məhlul olub, yapışdırıcılıq qabiliyyətinə
malikdir. Onun sıxlığı 1350
1500 kq/m
3
-dur. Tərkibində 50
70 % su
olur.
Maye şüşə yalnız havada bərkiyir.
Maye şüşə turşuya və oda davamlı yaxmaların, məhlulların və
betonların hazırlanmasında tətbiq edilir. Ondan, həmçinin oddan
mühafizə boyaları hazırlamaq, beton üzərində ağ nefti keçirməyən
suvaq düzəltmək və qruntları bərkitmək üçün də istifadə olunur. Maye
şüşədən uzunmüddət su, qələvi, habelə fosfor, hidrogen-flüorid və
H
2
SiF
6
turşularının təsirinə məruz qalan konstruksiyalarda istifadə
etmək olmaz.
Turşuyadavamlı sement
Kvars qumu ilə dinatrium-silisium-heksaflüoridin (Na
2
SiF
6
)
birlikdə üyüdülməsindən və ya ayrıca üyüdülərək mükəmməl surətdə
qarışdırılmasından alınan materiala turşuyadavamlı sement deyilir. Bu
sement maye şüşə ilə qarışdırıldıqdan sonra havada bərkiyərək
möhkəm daş halına keçir və bir çox mineral və üzvi turşuların təsirinə
davamlı
olur.
Təyinatına görə maye şüşə iki tipdə buraxılır: I tip
turşuya-
davamlı yaxmalar üçün, II tip
turşuyadavamlı məhlullar və betonlar
üçün. I tip sementdə Na
2
SiF
6
-in miqdarı (kütləyə görə) 4
0,5 %, II
tip sementdə isə 8
0,5 % olmalıdır. Kaliumlu maye şüşədən istifadə
olunduqda onun miqdarı 14
0,5 % götürülür. Kvars qumunun
tərkibində SiO
2
-nin miqdarı (kütləyə görə) azı 95 % olmalıdır.
Turşuyadavamlı sementin tutmasının başlanğıcı I tip sement
üçün 40 dəqiqədən, II tip sement üçün 20 dəqiqədən tez, tutmasının
sonu hər iki tip sement üçün 8 saatdan gec olmamalıdır. Sementin
narınlığı 008 və 0056 №-li ələkdə qalan qalığın miqdarı ilə xarakterizə
olunur və bu miqdar hər iki növdən olan sement üçün müvafiq olaraq,
10 və 30 %-dən çox olmamalıdır.
Digər yapışdırıcı maddələrdən fərqli olaraq turşuyadavamlı
sement H
2
S və H
2
SiF
6
turşularından başqa bütün mineral turşuların
təsirinə davamlıdır. Lakin o, qələvilərin, qaynar suyun, su buxarının
təsirindən dağılır. Odur ki, turşuyadavamlı sement yalnız turşu
mühitində istifadə edilməlidir.
105
105
Turşuyadavamlı sementdən turşuyadavamlı yaxmalar, məhlullar
və betonlar hazırlanır. Onun köməyi ilə ədədi turşuyadavamlı
materialları kimya aparatlarının və başqa konstruksiyaların səthinə
yapışdırırlar.
Dostları ilə paylaş: |