92
92
Diabaz və bazaltdan hazırlanan tökmə daşlar turşuların və qə-
ləvilərin təsirinə davamlıdır. Hətta qaynar turşuların təsirindən belə
uzun müddət dağılmır.
Tökmə daşın xətti genişlənmə əmsalı poladın xətti genişlənmə
əmsalına yaxındır. Buna görə polad karkası daş ərintisi içərisinə
qoyduqda armaturlu daş, yəni polad-daş materialı almaq mümkündür.
Bu materialın elastiklik xassələri və möhkəmliyi dəmir-beto-
nunkundan daha yüksəkdəir. Polad-daş materiallarını çoxlu dinamik
yüklər daşıyan mühüm inşaat konstruksiyaları, məs., körpülər,
sütunlar, pillələr və s. üçün istifadə etmək mümkündür.
Tökmə daş məmulatının metal məmulata nisbətən bir sıra üs-
tünlükləri vardır. Metalların alınması mürəkkəb prosesdir və bunun
üçün yüksəkkeyfiyyətli çoxlu filiz lazımdır. Daşların əridilməsi isə
nisbətən asandır, bu istehsalatda tullantı yoxdur və sobaya verilmiş
xammal bütöv ərinti halında çıxır. Tökmə daş hazırlamaq üçün
istifadə olunan xammal təxminən hər yerdə vardır.
Tökmə daş və posa məmulatlarından ağır şəraitdə istismar
olunan
intensiv sürtülmə, dəfələrlə donma və donu açılma, aqressiv
mühitin təsirlərinə məruz qalan məsul konstruksiyaların hazır-
lanmasında istifadə edilir. Onlardan, həmçinin küçələrin və yolların
döşənməsi üçün daşlar, metropoliten üçün üzlük materiallar, bünövrə
yastıqları, su və buxar kəməri boruları, elektrik izolyatorları,
dəyirmanlar üçün kürələr, heykəltaraşlıq detalları və s. material və
məmulatlar hazırlanır.
Daş və posa ərintilərindən hazırlanan çoxməsaməli və lifli ma-
teriallar haqında «Istilik-izolyasiya materialları» fəslində məlumat
veriləcəkdir.
Dostları ilə paylaş: