Şüşə paketlər iki və daha çox təbəqə şüşənin perimetr boyu öz
aralarında kip birləşməsindən alınır. Şüşələr arasında quru hava
boşluğu olur. Şüşə paketlərin hazırlanmasında qalınlığı 2
8 mm olan
pəncərə, vitrin, armaturlu və digər şüşə növlərindən istifadə edilir.
Şüşələr arasındakı məsafə 6
20 mm olur. Onlar bir-birilə ya ya-
pışqanla yapışdırılır, ya da qaynaq edilir. Yapışdırılmış şüşə paketlər
daha geniş yayılmışdır.
Şüşə paketlər yüksək fiziki-mexaniki xassələrə malikdir.
Qalınlığı 5
6 mm olan şüşələrdən hazırlanan və hava araqatısı 12
20
mm olan şüşə paketlərin əyilmədə möhkəmlik həddi 90
100 MPa-
dır. Tablanmış şüşələrdən hazırlanan çoxkameralı şüşə paketlərin
möhkəmliyi isə daha çox olur.
Şüşə paketlərdən sənaye, mülki və ictimai binaların şüşələnmə-
sində istifadə edilir.
Qapı tayları tablanmış şüşədən yayma üsulu ilə hazırlanır. On-
lar pardaqlanmış yaxud pardaqlanmamış, rəngli və rəngsiz, şəffaf,
işıqyayan, qıraqlarında qapı ləvazimatlarını bərkitmək üçün deşiklər
və kəsiklər olur. Pardaqlanmış şüşədən hazırlanan tayların ölçüləri
2400
1040 mm, naxışlı şüşədən hazırlananlarınkı isə 2400
900 mm-
dir. Şüşənin qalınlığı 10
15 mm olur. 1 m
2
tayın kütləsi 25
28 kq-dır.
10 mm qalınlıqlı pardaqlanmış yaxud pardaqlanmamış tayın
işıqburaxması 84 %, yayma naxışlı şüşədən olan tayınkı isə 80
90 %-
dir. Qapı tayının sıxılmada möhkəmlik həddi 800
900 MPa, əyilmədə
möhkəmlik həddi isə 250 MPa-dır. Rəngsiz qapı taylarından yaşayış,
ictimai və sənaye binalarının xarici və daxili qapılarında, rəngli qapı
taylarından isə yalnız daxili qapılarda istifadə edilir.
Şüşə borular şaquli yaxud üfqi dartılma və eləcə də mərkəz-
dənqaçma üsulu ilə istehsal edilir. Polad və çuqun borulara nisbətən
şüşə boruların bir sıra üstünlükləri vardır. Onlar kimyəvi maddələrin
təsirinə davamlı, şəffaf və gigiyenikdir. Daxili səthləri hamar olduğu
üçün mayeləri axıdan zaman təzyiq itgisi az olur.
Korroziyayadavamlı şüşə boruların diametri 15
65 mm, uzun-
luğu isə 100
300 mm-dir. Belə boru vasitəsilə 120
0
S temperatura
qədər qızmış mayeni 0,3 MPa təzyiq altında axıtmaq mümkündür.
90
90
Şüşə boruları bir-birilə birləşdirici mufta, rezin manjetlə birləş-
dirirlər. Bu borulardan yeyinti, əczaçılıq, kimya sənayesində daha çox
istifadə edilir.