93
93
§ 1. Ümumi məlumat
Su ilə qarışdırıldıqda plastik xəmir halına düşən, sonra fiziki-
kimyəvi proseslər nəticəsində daş halına keçən narın üyüdülmüş toz
halında olan materiallara
mineral (
qeyri-üzvi )
yapışdırıcı maddələr
deyilir. Mineral yapışdırıcı maddələrdən maqnezial yapışdırıcı
maddələr və turşuyadavamlı sement müstəsna olaraq, su ilə deyil,
müvafiq olaraq maqnezium duzlarının sulu məhlulu və maye şüşə ilə
qarışdırılır.
Mineral yapışdırıcı maddələr havada, suda (hidravlik) və
avtoklavda bərkiyən yapışdırıcı maddələrə ayrılır.
Havada bərkiyən yapışdırıcı maddələr yalnız havada bərkimək
və uzun müddət öz möhkəmliyini saxlamaq yaxud artırmaq qabi-
liyyətinə malikdir. Bunlara əhəng, gips və anhidrit, maqnezial ya-
pışdırıcı maddələr, maye şüşə və turşuyadavamlı sement aiddir.
Hidravlik yapışdırıcı maddələr həm havada, həm də suda bər-
kimək və uzun müddət öz möhkəmliyini saxlamaq yaxud artırmaq qa-
biliyyətinə malikdir. Belə yapışdırıcı maddələrə hidravlik əhəng,
romansement, portlandsement və onun növləri, alüminat və genişlənən
sementlər, putsolanlı və posalı yapışdırıcı maddələr daxildir.
Avtoklavda bərkiyən yapışdırıcı maddələr doymuş buxarın
0,8
1,5 MPa təzyiqi altında və 175
180
0
S temperaturda avtoklav
emalı zamanı daha effektiv bərkimə qabiliyyətinə malikdir. Bunlara
əhəng-silisium, əhəng-posa, əhəng-kül, nefelin sementi və s. yapış-
dırıcılar aiddir.
Dostları ilə paylaş: